Mobil versiya
Milli qurtuluşa gedən yolun başlanğıcı
Tarix: 02-10-2026 | Saat: 11:19
Bölmə:Siyasət | çapa göndər

Milli qurtuluşa gedən yolun başlanğıcı

33 il əvvəl - 1993-cü ilin oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoyub.

Müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli qurtuluşa aparan yolun mühüm siyasi nəticəsi kimi qiymətləndirilir.Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə dövlət quruculuğu, təhlükəsizlik, iqtisadiyyatın bərpası və beynəlxalq əlaqələrin inkişafı istiqamətində yeni proseslər başladı.

Ulu Öndər müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin suverenliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az işlər görülmüşdür. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz Böyük Zəfərin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasının təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Ümummilli Liderin dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.

Milli qurtuluş anlayışı yalnız 1993-cü ilin konkret siyasi hadisələri ilə məhdudlaşmır. Bu anlayış Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələlərində müstəqillik, milli birlik və dövlət suverenliyi uğrunda aparılan mübarizənin davamı kimi də xarakterizə olunur. Heydər Əliyevin siyasi fəaliyyətində azərbaycançılıq ideologiyasının xüsusi yer tutması xalqın milli-mənəvi dəyərləri, dövlətçilik ənənələri və milli həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Bu gün də Azərbaycan xalqı həmin tarixi dərsləri unutmadan, milli qurtuluşun təməl prinsipləri əsasında inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xətt uğurla davam etdirilir və Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir.

Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatını əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2026