Mobil versiya
Azərbaycanlı deputat Simonyanı SUSDURDU
Tarix: 21-03-2024 | Saat: 09:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanlı deputat Simonyanı

Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə edib.

aia.az xəbər verir ki, daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını təəssüflə izlədiyini deyib.

O, indiki sülh danışıqları atmosferində belə bir çıxışın dağıdıcı təsirə malik olduğunu, nə deputata, nə də spikerə yaraşan çıxış olmasını qeyd edərək, hər kəsin Azərbaycan-Ermənistan normallaşma prosesinə dəstək verməli olduğunu vurğulayıb.

Azərbaycanda “Dağlıq Qarabağ” adında regionun deyil, Qarabağ iqtisadi regionunun olduğu, ölkəmizin heç vaxt heç harda etnik təmizləmə aparmadığı, Xankəndində bu gün də ermənilərin yaşadığı, Ermənistanın regionda böyük dağıntılar törətdiyin və əraziləri mina ilə çirkləndiyini deyən T.Mirkişili bu ölkənin spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə, sülhə dəstək verən çıxış etməyə çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024