Mobil versiya
Payızda geniş yayılan kəskin respirator virus xəstəliklərindən necə qorunmalı?
Tarix: 10-10-2016 | Saat: 19:13
Bölmə:Gündəm | çapa göndər



“Payız fəslinin gəlməsi ilə kəskin respirator virus xəstəliklərinin sayı artıb. Buna görə də
kəskin respirator xəstəliklərlə bağlı həkimə müraciətlərin sayı da çoxalıb”.

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, həkim-terapevt Nahid Məhərrəmov deyib. Kəskin respirator xəstəliklərinin yuxarı tənəffüs orqanlarının iltihabı və ya infeksiyası nəticəsində baş verdiyini deyən həkim-terapevt bildirib ki, bu xəstəliklər bakterial və virus mənşəli olur. Onun sözlərinə görə, bəzən insanlar bunun fərqinə varmır və əbəs yerə dərmanlardan istifadə edir: “Mən virus mənşəli kəskin respirator xəstəliklərə, qripə toxunmaq istəyirəm. Əksər insanlar bunu səhv salır. Onlar virus mənşəli kəskin respirator xəstəlikləri bakterial mənşəli xəstəliklərlə qarışıq salır. Məsələn, bəzən insanlar adi öskürək olanda da, gözdən su gələndə də, temperatur 37-38 dərəcə olanda da qripəm deyir. Əgər xəstəliyi bakteriyalar yaradırsa, bu xəstəliyə kəskin respirator bakterial mənşəli xəstəliklər deyirlər. Əgər xəstəliyi bakteriyalar yaradırsa, o xəstəlik mütləq antibakterial müalicə ilə sağalır. Əgər kimdəsə gözündən su axırsa, temperatur 39 dərəcədən yuxarıdırsa, halsızlıq varsa və adam yataq rejimi istəyirsə, artıq bu, virus mənşəli patologiyadır. Bu xəstəlikləri ancaq həkimlər fərqləndirə bilər. Hər öskürəyə, hər temperatura, yorğunluğa, soyuqdəyməyə qrip demək olmaz. Qrip virus mənşəli patologiyadır. Çünki, insanlar bəzən adi öskürək və temperatura görə antibotiklərdən istifadə edirlər. Əgər bu xəstəliyi virus yaradırsa, ona antibiotik kömək edə bilməz. Bu halda insan, əbəs yerə, mənasız yerə antibiotik qəbul etmiş olur. Ona görə yaxşı olar ki, qripi fərqləndirmək üçün həkimlərə müraciət edilsin”.

Onun sözlərinə görə, kəskin respirator virus xəstəlikləri daha çox uşaqlar və yaşı 65-dən yuxarı olan insanlar arasında daha çox yayılır. Bundan başqa, qripə immun sistemi zəif insanlarda - şəkər, ürək-damar, ağciyər, allergik xəstəliyi olan insanlarda, azyaşlı uşaqlarda və yaşı 65-dən yüksək olan şəxslərdə daha çox rast gəlinir. N.Məhərərmov deyir ki, insanlar kəskin respirator xəstəliklərə, qripə biganə yanaşmamalı və xəstəliyin müalicəsinə ciddi fikir verməlidir. Həkim-terapevt əlavə edib ki, yuxarı tənəffüs orqanlarının iltihabı xəstəlikləri insanlarda daha ciddi xəstəliklərə yol aça bilər: “İnsanlar qripdən qorunmalıdır. Qorunmadığı təqdirdə pnevmaniya, zökəm yarana, orqanizmdə allergik reaksiya baş qaldıra bilər ki, bu da son nəticədə boğulmaya, revmatizm, ürək-damar xəstəliklərinə də gətirib çıxara bilər. Yəni, yuxarı tənəffüs orqanlarının iltihabı və vaxtında müalicə olunmaması ürək əməliyyatlarına da gətirib çıxara bilər”.

Bunları əsas gətirən həkim qeyd edib ki, insanlar mütləq kəskin respirator xəstəliklərdən özlərini qorumalıdır. Uşaqların immun sisteminin zəif olduğunu deyən həkim onları daha çox qorumağı məsləhət görür. Onun sözlərinə görə, uşaqlar kəskin respirator xəstəliklərə tez yoluxduğu kimi, digər insanları da tez yoluxdurur.

N.Məhərrəmov bu xəstəliklərə yoluxmamaq üçün maskalardan istifadə etməyi, mütəmadi idmanla məşğul olmağı, bol maye və meyvə-tərəvəzdən istifadə etməyi, otağın havasını tez-tez dəyişdirməyi tövsiyə edir.

Həkim qripdən qorunmaq üçün peyvəndi ən yaxşı üsullardan sayır. N.Məhərrəmov qeyd edib ki, qripə yoluxmamaq üçün peyvənd edənlər 1 il ərzində kəskin respirator xəstəliklərə yoluxmur: “Bununla belə hər kəs peyvənd oluna bilməz. Yaşı 6 aydan aşağı olan uşaqlar, hamilələrə peyvənd vurulmamalıdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024