Mobil versiya
Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var - Hikmət Hacıyev
Tarix: 19-03-2024 | Saat: 08:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var -

Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var.

aia.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilmiş zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı strateji tapşırıqlar verilib. Hazırda iki ölkə arasında əlaqələr bu istiqamətdə hərtərəfli şəkildə inkişaf edir. Bütövlükdə, Azərbaycanın xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi, münasibətlərin daha da dərinləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Prezidentin köməkçisi deyib: “Səfər çərçivəsində Çindən olan həmkarlarımızla birlikdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, ilk növbədə siyasi məsləhətləşmələrin aparılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, eyni zamanda, “Orta Dəhliz” kontekstində əməkdaşlıq məsələləri müzakirə olundu. Orta Dəhliz hazırda beynəlxalq səviyyədə iqtisadi-ticari münasibətlərin inkişafında, daşımalarda öz əhəmiyyətini bir daha sübut edib. Çin tərəfindən də bu layihəyə böyük maraq var”.

Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Çin qlobal Cənubu təmsil edən, inkişaf etməkdə olan ölkələrdir. Çinin “yaşıl enerji” sahəsində böyük təcrübəsi var. Pekində keçirilən görüşlərdə bu məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Prezident Administrasiyasının rəsmisi beynəlxalq təşkilatlar çərçivəsində yaxın əlaqələri olan Azərbaycanın və Çinin bir-birinin mövqeyini dəstəklədiyini deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024