Mobil versiya
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
Tarix: 18-03-2024 | Saat: 15:15
Bölmə:Siyasət | çapa göndər

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də qonşu ölkələrlə münasibətləri yüksək səviyyədə qurmaqdır. Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur.Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu vəzifəyə təyinatından sonra ilk səfərini Azərbaycana edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərə gələn Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın dövlət başçısı ilə təkbətək və geniş tərkibli görüşləri olub.

Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Qonşu xalqlar arasında hər zaman sıx əlaqələr mövcud olub və bu gün də qalmaqdadır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur. Müstəqillik qazandıqdan sonra da Gürcüstan və Azərbaycan daim bir-birinin yanındadır. Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur. Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bu gün Azərbaycan qazı Gürcüstan və Türkiyədən başqa, 6 Avropa ölkəsinə – Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya ixrac olunur. Mavi yanacaq Avropaya Türkiyənin ərazisindən keçərək, TANAP-la nəql edilərək çatdırılır və bu vəzifə yüksək səviyyədə yerinə yetirilir.Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir.Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub. İki dövlət arasında bir çox sahələr üzrə əməkdaçlıq günü-gündən artmaqdadır.Azərbaycan və Gürcüstan bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib və bu kurs bu gün də davam edir. Hər iki ölkə uzun illər ərzində separatçılıq və təcavüzkarlıq təhdidlərindən əziyyət çəkib. İşğala, separatçılığa məruz qalmış hər bir ölkə öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək hüququna malikdir. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir və beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, lakin sonda öz ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa etmiş bir ölkədir. Bu mənada biz çox yaxşı bilirik ki, “beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”. Azərbaycanın bu təcrübəsi işğaldan, separatçılıqdan əziyyət çəkən digər ölkələr üçün model rolunu oynaya bilər.

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulub. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024