XI Qlobal Bakı Forumu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təqdimatı oldu
Tarix: 18-03-2024 | Saat: 11:24
Bölmə:Siyasət | çapa göndər
“Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə diqqətin və marağın artması dünyaya təqdim etdiyimiz inkişaf modelinin nümunəviliyini təsdiqləyir. Dövlətimizin düşünülmüş siyasətinin uğurlarından bəhs edərkən Azərbaycanın iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilməsi xüsusi qeyd edilir. Bu faktın özü göstərir ki, Azərbaycanın hər bir sahədə təcrübəsi təkmildir və öyrənilməsi əsas çağırışlar sırasındadır. Martın 14-16-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər, dövlət başçımızın çıxışında əksini tapan çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dünyanın həqiqətən də parçalandığını, hər yerdə ciddi çağırışların olduğunu, keçirilən görüşün vədlər dövrünə təsadüf etdiyini, yeni dünya düzəninin yarandığı bir zamanda böyük güclərin mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunduğunu önə çəkən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin onu da bildirdi ki, qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir.
Azərbaycan daim qlobal çağırışların düzgün cavablandırılması üçün birgə səylərin göstərilməsini, təcrübə mübadiləsini bir zərurət kimi qarşıya qoyur. Reallıq budur ki, ölkəmizin hər dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlar prosesi dayanıqlı inkişafımızı şərtləndirən əsas amildir. Azərbaycan çağırışları ilə biri-birinə əks olan qütbləri belə bir araya gətirir. Ölkəmizin birləşdirici, sabitləşdirici aktor kimi rolu dövlət başçısı İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışında da önə çəkildi. Belə ki, diqqəti Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-a yönəldən cənab İlham Əliyev bildirdi ki, bu tədbir müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkənin uğurla inkişaf etdiyini göstərməyə geniş inkanlar yaradacaq. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqəti yönəldərək qeyd edib ki, dördillik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı: “Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Azərbaycan 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Dövlət başçısı İlham Əliyev bu uğurların fonunda böyük inamla qeyd etdi ki, Azərbaycan müxtəlif ölkələri bir araya gətirmək imkanına malikdir və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var.”
Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın sözünün imzası qədər dəyərli olduğu diqqətdən kənarda qalmır: “Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsinin fonunda dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhs etməsin. Reallıq budur ki, müharibə olmaya bilərdi. 30 illik işğal dövründə Ermənistana dəstək verən, missiyasının nədən ibarət olduğunu dərk etməyən keçmiş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi inkar edilməzdir. Cənab İlham Əliyev çıxışında bu faktı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.”
Malik Həsənov Azərbaycanın hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğunu bildirib: “İstər 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər, istərsə də ötən ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması dünyaya ədalət və beynəlxalq hüququn movcudluğunu və onların tətbiqi üçün vahid mexanizmin müəyyən edilməsini çatdırdı. Azərbaycanın hər bir çağırışı dövrün tələblərini özündə ehtiva etməklə yanaşı, uğurlu gələcəyə böyük stimuldur.”
Millət vəkili bu qənaəti xüsusi qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib: “Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Ötən il X Qlobal Bakı Forumunda müzakirə olunanlarla bu il müzakirə edilənləri müqayisə etdikdə nəzərəçarpacaq dəyişiklikləri görürük. Bu, bir daha onun təsdiqidir ki, dövr dəyişir, mütəmadi olaraq qarşıya yeni hədəflər qoyulur.”
Malik Həsənov xarici siyasət uğurlarımızdan bəhs edərkən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfərlərini qeyd edib: “Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi möhkəmlənən mövqeyi uğurlu siyasətimizin təqdimatında öz sözünü deyir. Bir daha təsdiq olunur ki, çoxşaxəli xarici siyasət həyata keçirən Azərbaycana inam və etimad yüksək səviyyədədir.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024