Mobil versiya
Hikmət Hacıyev Çjao İnminlə görüşdü
Tarix: 18-03-2024 | Saat: 09:16
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyev Çjao İnminlə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.

aia.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi "X" hesabında bildirib.

Görüşdə COP29-la bağlı məsələlər geniş müzakirə edilib.

"COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb. Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib", - deyə vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024