Mobil versiya
"Gələcəkdə kökündən xəbərsiz, bir-birinə yad nəsillər yetişə bilər" - Sabir Rüstəmxanlı
Tarix: 15-03-2024 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

"Gələcəkdə kökündən xəbərsiz, bir-birinə yad nəsillər yetişə bilər" -

"Qardaş ölkələrin birində orta məktəblərdə birinci sinifdən 11-ci sinfə qədər mənəviyyat dərsi keçirilir. Bu dərsdə ölkənin cəmiyyət və şəxsiyyət məsələlərindən başlayaraq, adət-ənənə və insanı şəxsiyyət kimi formalaşdıran bir sıra məsələlər öyrədilir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

"Bizdə təhsi sistemində belə şey varmı? Gələcəyi düşünəndə bu yaxşı təcrübədir. Bizim təhsildə ciddi parçalanmalar var. Rus, ingilis və s. dilli məktəblər var. Gələcəkdə kökündən xəbərsiz, rəngarəng, bir-birinə yad nəsillər yetişə bilər. Bunun nəticəsini hesablamaq çox çətindir. İndidən düşünmək lazımdır", - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024