Mobil versiya
"Bir ildən sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adam götürürlər" - Deputat
Tarix: 15-03-2024 | Saat: 12:27
Bölmə:Siyasət | çapa göndər

"Bir ildən sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adam götürürlər" -

"2025-ci ilədək 17 regional “DOST” mərkəzinin və 55 rayon filialının açılması nəzərdə tutulur. Hesabat ilində “DOST” mərkəzləri vasitəsilə əhaliyə 15 istiqamət üzrə 159 xidmət göstərildiyi qeyd olunur. Doğrudanmı 159 xidmətə görə bu qədər bina tikib, işçi götürüb, bir qurumu saxlamaq faydalıdır, yoxsa aşağı faizlə özəl sektora kredit verib yeni iş yerlərinin açılmasını stimullaşdırmaq?"

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

"Sonra da yazılır ki, 2023-cü ildə “DOST” mərkəzi tərəfindən gündəlik 2,9 min nəfər olmaqda 700 min şəxsə müvafiq xidmətlərin göstərilməsin təmin edilib və özləri də qiymət verirlər ki, 98 % məmnunluq səviyyəsi var. Bunu necə qiymətləndirdilər? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 643 min nəfərə peşəyönümlü məsləhət verib, 486 min nəfərə iş yeri açdığı qeyd olunur. Olmaz ki, iş yeri açdığı qədər məsləhət, məsləhət verdiyi qədər də iş yeri açsın? İşə düzəldirlər, bir ildən sonra çağırırlar ki, müqavilənin müddəti bitib, yerinə başqa adam götürürlər. Bu nöqsanlar aradan qaldırılmalıdır”, - deyə deputat qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024