Çavuşoğlu: Kəmaləddin Heydərov və Fərhad Əhmədov Rusiya ilə barışığa kömək etdi
Tarix: 10-10-2016 | Saat: 18:26
Bölmə:Siyasət | çapa göndər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sputnik Türkiyə agentliyinə müsahibəsində Ankara ilə Moskva arasında barışığın əldə edilməsi üçün vasitəçilik köməyi göstərənlərdən danışıb.
Çavuşoğlu iki ölkə arasındakı münasibətlərdə böhranın aradan qaldırılmasında bir çox şəxslərin rolunun olduğunu deyib.
Bunların arasında Azərbaycan prezidenti İlham Əliyevin, Dağıstan rəhbəri Ramazan Abdulatipovun, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və azərbaycanlı iş adamı, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun da yer aldığını deyib.
Çavuşoğlunun sözlərinə görə, Dağıstan rəhbəri Ramazan Abdulatipov, habelə Tatarıstan rəhbəri Rüstəm Minnixaov kimi xadimlər doğrudan da səmimi səylər göstərdilər.
“Qazaxıstan prezidenti Nursultan Nazarbayevin xüsusən prosesin son mərhələsində oynadığı rol barədə dəfələrlə danışmışıq. Eyni səyləri Azərbaycan prezidenti İlham Əliyev də göstərdi. Çünki hər iki ölkə - Qazaxıstan, Azərbaycan Türkiyəyə qardaş ölkələrdir. Türkiyə və Rusiya ilə münasibətlərinə də hər zaman önəm verirlər. Bu səbəbdən onlara bir daha təşəkkür edirik”-Türkiyə xarici işlər naziri deyib.
Çavuşoğlunu bildirib ki, Azərbaycanda Əliyevdən başqa xarici işlər naziri Elmar Məmmədyarov da eyni şəkildə öz düşüncələrini ifadə edirdi. Türkiyə XİN rəhbəri danışıb ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da barışıq prosesinə dəstək verib:
“Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov mənim dostumdur. Mənim də tanıdığım bəzi rusiyalı dostlarımızla bizi görüşdürdü, hansı addımlar atıla biləcəyinə dair qeyri-rəsmi fikir mübadiləsi apardıq”.
Çavuşoğlu iş adamı Fərhad Əhmədovun rolu haqda da danışıb, onun prezident Ərdoğanla görüşərək Rusiya prezidentinə məktub yazmaq haqda təklif verdiyini deyib.
“Keçmiş rusiyalı senator, mənim AŞPA-dan dostum, Azərbaycan əsilli Fərhad Əhmədov var. Fərhad Rusiyada böyüyüb, iqtisadi baxımdan güclənib, senatorluq edib. Sonra bir ara Azərbaycana döndü. Azərbaycanı da, Türkiyəni də, Rusiyanı da çox sevir. Putinlə də yaxın çalışma içərisində olub, onu yaxından tanıyır. Məsələn, məktub məsələsində gəlib prezidentimizə təklif etdi. Dedi ki, Putinə məktub yazsa, bu məktubun başqa insanların gəlib-getməsindən daha təsirli ola bilər. Prezidentimizə məktub vasitəsilə nəticə əldə edilə biləcəyini anlatmışdı. Həmin görüşdə bu məktubun getməsindən təxminən bir ay əvvəl olmuşdu.
Məktubun çərçivəsinə baxdıqda Fərhad Əhmədovun da dedikləri orada yer alır. Putini dost kimi yaxından tanıyan biri kimi Əhmədovun təklifləri doğrudan da təsirli oldu. Ona çox təşəkkür edirik. Çünki Fərhad Əhmədov həm Azərbaycanı, həm Türkiyəni, həm Rusiyanı çox sevir. Beləcə üç ölkəni də sevən və səmimi səylər göstərən başqa dostlarımız da oldu”, - Çavuşoğlu bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024