Azərbaycan - Qazaxıstan qardaşlıq münasibətləri bu gün öz inkişafının ən yüksək səviyyəsindədir
Tarix: 14-03-2024 | Saat: 12:41
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dövlətinin xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamət olub. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. Bu baxımdan hazırda Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb edir. Məlumdur ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir.
Birmənalı olaraq qeyd etməliyik ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bu ilin mart ayının 11-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu. Məlumdur ki, ötən illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri həqiqətən də xeyli inkişaf edib və hazırda müttəfiqlik səviyyəsinə yüksəlib. Belə ki, 2022-ci il avqustun 24-də Bakıda hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Eyni zamanda 2023-cü il aprel ayının 10-da Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” və dövlət başçılarının birgə bəyanatı ölkələrimiz arasında əlaqələrin və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə yönəlib.
Daha bir vacib göstərici kimi Qazaxıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələrini qeyd edə bilərik. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində dövlət başçılarının keçirdikləri məhdud tərkibli görüş zamanı qarşılıqlı fəaliyyətin müxtəlif məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət müzakirə edilib. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu barədə açıqlama verərək bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəlinib. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir və böyük inkişaf potensialına malikdir. Həmçinin dövlətimizin başçısı qeysd edib ki, martın 11-də keçirilmiş Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, o cümlədən nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub. İki ölkənin dövlət başçılarının Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində onlayn formatda iştirak etmələri də mühüm əhəmiyyət kəsb edən bir hadisə oldu.
Həmçinin qeyd etmək lazımdır ki, Qazaxıstanın ölkəmizin işğaldan azad edilmiş ərazilərində gedən quruculuq işlərinə verdiyi dəstək də münasibətlərimizin dərinləşməsində önəmli amil kimi çıxış edir. Təsadüfi deyil ki, öz çıxışında cənab Prezident İlham Əliyev bu məqama xüsusi olaraq toxundu və bildirdi ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüs Qazaxıstan Prezidentinin şəxsi qərarıdır və bu qərardan çox az vaxt keçməsinə baxmayaraq həmin layihə artıq reallaşdırılıb. Məlumdur ki, mart ayının 12-də iki dost ölkənin dövlət başçıları keçmiş məcburi köçkün azərbaycanlı uşaqların təhsil alacağı, həmçinin ölkələrimiz arasında dostluq və qardaşlığın mərkəzi olacaq bu obyektin açılışını etdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir və xalqımız bu dəstəyi yüksək dəyərləndirir.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025