Gülər Sultanzadə: “Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin inkişafı regional əməkdaşlıq üçün yeni perspektivlər açır”
Tarix: 14-03-2024 | Saat: 10:17
Bölmə:Siyasət | çapa göndər

“Bu gün Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində münasibətlərini sürətlə dərinləşdirən və şaxələndirən dost ölkələrdir. Qeyd olunmalıdır ki, Mərkəzi Asiya ölkələri, xüsusilə də regionun Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biri olub. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Dövlət başçımızın Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. Bu ilin mart ayının 11-də isə, Qazaxıstan Prezidenti növbəti dəfə ölkəmizə rəsmi səfərə gəlib. Dövlət başçılarının görüşü zamanı bir çox vacib məsələlər müzakirə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin əsas istiqamətlərinə dair fikir mübadilələri aparılıb.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Fikirlərini davam etdirən partiya fəalı hazırda Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və bunun Xəzər hövzəsi regionunda yeni əməkdaşlıq perspektivlərinin açılmasına təkan verdiyini vurğulayıb: “Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Məsələ bundadır ki, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Dövlət başçımızın dediyi kimi, Xəzər bu gün təkcə Azərbaycan ilə Qazaxıstan arasında yox, həm də bir çox ölkələr arasında körpü rolunu oynayır. Birmənalı olaraq deyə bilərik ki, TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Bu bazanı formalaşdırmış əsas amil də budur ki, həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Hər ikisi zəngin təbii ehtiyatlara malik olmalarına baxmayaraq, bu ölkələr nəqliyyat infrastrukturlarının bu gün beynəlxalq standartlara tam uyğun gəlməsini qarşılarına məqsəd qoyublar və buna nail olublar. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib və bu gün həmin layihələrin nəticələrindən bütün region ölkələri də bəhrələnə bilirlər.”
Daha sonra müsahibimiz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə Qazaxıstanın verdiyi töhfənin səmimi dostluğun təzahürü olduğunu və bunun ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib: “Möhtərəm dövlət başçımızın təqdim etdiyi açıqlamalarda xüsusilə diqqəti cəlb edən məqamlardan biri də Qazaxıstanın ölkəmizə etdiyi hədiyyənin yüksək dəyərləndirilməsi oldu. Məlum olduğu kimi, Azərbaycan Vətən müharibəsi başa çatdıqdan dərhal sonra özünün işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu işləri yalnız öz vəsaitləri hesabına, heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Cənab Prezident İlham Əliyev öz çıxışında işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikildiyini bir daha diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Şübhəsiz bu Mərkəz ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək. Beləliklə, Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənir və şaxələnir. Münasibətlərin məhz bu məcrada inkişafı isə əlbəttə ki, bütün Türk dünyası xalqlarının rifahına xidmət edir” – deyə, Gülər Sultanzadə müsahibəsini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025