Mobil versiya
Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsi dövlətin diqqət mərkəzindədir
Tarix: 12-03-2024 | Saat: 14:34
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsi dövlətin diqqət mərkəzindədir

2020-ci il Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə əldə edərək torpaqlarımızın 30 illik işğalına son qoyması ilə dövlətimizin və xalqımızın tarixinə ən önəmli və əlamətdar illərdən biri kimi yazıldı. Digər tərəfdən isə, 2020-ci ildə ölkəmizin ictimai-siyasi həyatında daha bir neçə mühüm hadisələr baş verimişdir. Birmənalı olaraq deyə bilərik ki, həmin hadisələr də məhz tarixi Zəfərimizi təmin etmək və sonrakı illərdə ölkəmizin ərazi bütövlüyünün və tam suverenliyinin bərpasına nail olmaq məqsədilə cənab Prezident İlham Əliyevin uzun illərdən bəri düşünülmüş şəkildə həyata keçirdiyi kompleks hazırlıq tədbirlərinin, əsaslı islahatların vacib tərkib hissəsi olmuşdur. Şübhəsiz ki, ölkədə keçirilən köklü islahatların bir nümunəsi də məhz 2020-ci ilin 9 fevral tarixində keçirilmiş növbədənkənar parlament seçkiləri oldu. Təsadüfi deyil ki, cənab Prezident 2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının VI çağırış Milli Məclisin ilk iclasında etdiyi tarixi çıxışında bu seçkilərin məhz fevral ayında keçirilməsinin əsas səbəbinin islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olduğunu vurğulamışdı.
İlk növbədə altıncı çağırış Milli Məclisin, eləcə də komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə güclü zəmin yaratdı. Aydındır ki, son illər ölkəmizdə gedən siyasi islahatların dərinləşməsi prosesi parlamentdən də yan keçə bilməzdi. Həqiqətən də 2020-ci ildə yeni tərkibdə formalaşmış Milli Məclis islahatların həyata keçirilməsinə yeni təkan vermiş oldu. Bu gn islahatların səmərəliliyi naminə ölkədə yaradılmış siyasi dialoq mühiti daha da dərinləşməkdədir. Məhz bu baxımdan da demokratiyanın dərinləşməsi yönümündə atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi mütərəqqi addım da birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların önəmli bir hissəsidir. Əlbəttə ki, Milli Məclis Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək istiqamətində bundan sonra daha fəal iş aparmalıdır. Bu gün istər ölkəmizdə, istərsə də bütün dünyada dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri tələb olunur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Bu sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara uyğun olmalıdır. Bu baxımdan ölkənin ali qanunverici orqanının qarşısında öz effektiv icrasını gözləyən çox mühüm vəzifələr durur.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-06-2025