Mobil versiya
Məqsədə doğru inamla
Tarix: 12-03-2024 | Saat: 09:56
Bölmə:Siyasət | çapa göndər

Məqsədə doğru inamla

Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edərək Azərbaycanın enerji siyasətini, bu sahədə görülən işləri, qarşıda duran vəzifələri və mövcud çətinlikləri geniş şərh etmişdir. Daha sonra “Euronews” televiziyasına verdiyi müsahibədə cənab Prezident ölkəmizin mövqeyini bir daha konkretləşdirmiş, Azərbaycanın bundan sonra “yaşıl enerji” siyasətinin konturları haqqında ətraflı məlumat vermişdir.
Televiziya jurnalistinin suallarına konkret və əhatəli cavablar verən cənab Prezident Cənub Qaz Dəhlizinin reallaşması üçün görülən işlərdən və maneələrdən danışmış, müxtəlif ideyaların və təkliflərin ən yaxşısının həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın imkanlarından istifadə edildiyini bildirmişdir: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”- deyə bildirən ölkə başçısı qeyd edib ki, indi 3500 km-lik kəmər arzu deyil, reallıqdır. Hazırda həmin kəmər vasitəsilə Avropanın 6 ölkəsinə təbii qaz ötürülür ki, bu da qoca qitənin enerji təhlükəsizliyində kifayət qədər rola malikdir.
COP29-un Azərbaycan üçün ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissinin bir hissəsini təşkil etdiyini bildirən ölkə başçısı qlobal iqlim dəyişikliklərinə qarşı mübarizənin hamı üçün eyni dərəcədə məsuliyyətli olduğunu bildirərək yaşıl enerjiyə keçid üçün hazırda qazıntı yanacağından əldə olunan vəsaitlərin bu layihələrə yatırıldığını bildirmişdir. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda yaşıl enerji potensialımızın 157 giqavat təşkil etdiyini bildirərək yaxın vaxtlarda ölkəmizin yaxın 10 ildə daxili bazarda qaz istehlakını azaldacağını qeyd etmişdir.
“Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil”- deyə qeyd edən cənab Prezident Azərbaycanın neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardığını, bu sahədə kifayət qədər işlərin görüldüyünü və bundan sonra da görüləcəyini, məqsədə doğru inamlı addımlar atıldığını bildirmişdir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024