Mənəviyyatımızın dayağı
Tarix: 07-03-2024 | Saat: 09:51
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan qadını tarixən mərdliyi, cəsurluğu, eyni zamanda zərifliyi, saflığı ilə cəmiyyətimizin həyatında aparıcı rol oynamışdır.
Bu gün də qadınlarımız istər ictimai- siyasi, istərsə də sosial həyatımızda öndə gedirlər. Ümummilli lider Heydər Əliyev qadın haqqında deyirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Azərbaycan qadınları Şərqin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Qadın hüquq və azadlıqları əsas qanunumuzda - Konstitusiyamızda da ayrıca qeyd edilib. Konstitusiyanın 25-ci maddəsində hamının, eləcə də bütün qadın və kişilərin qanun və məhkəmə qarşısında bərabərliyi, onların eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit olunub. Həmin maddənin üçüncü hissəsi hər kəsin cinsindən asılı olmayaraq hüquq və azadlıqlarına təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətinə görə məhdudlaşdırılmasını da qadağan edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 8 Mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Şərəfli adını şərəflə daşımağı bacaran Azərbaycan qadını cəmiyyətimizdə həmişə olduğu kimi dəyərlidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-06-2025