YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu
Tarix: 05-03-2024 | Saat: 11:12
Bölmə:Siyasət | çapa göndər
“Nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayından üç il ötür. Üç ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük inamla qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar davamlı inkişafın əsasıdır. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını, ölkəmizin uğurlarında rolunu daha aydın görərik. Məhz bu inkişaf, hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılması, uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin reallıqları Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini bir zərurətə çevirdi. Partiyanın hər bir qurultayı həmin dövrün reallıqlarını əks etdirir və onların fonunda yeni qərarların qəbulu ilə yadda qalır ki, bunlar da öz növbəsində yeni mərhələdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasını şərtləndirir. Dövlət başçısı İlham Əliyev VII qurultaydakı çıxışında bu kimi məqamlara xüsusi diqqət yönəltdi. Belə ki, hədəflərə ardıcıllıqla çatdığımızı bildirən cənab İlham Əliyev vurğuladı ki, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğdu. Yeni bir vəziyyət yarandı. Azərbaycan reallıqları yaradan ölkədir. Bundan əvvəlki dövrlərdə də təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi. Ümumilikdə qarşıya hədəflər qoyulur, onlara çatırıq və yeni hədəfləri müəyyənləşdiririk. Hədəflərə nail olmaqla həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edildi, həm də beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi. Xarici siyasətimizin əsas məsələsi olan ərazi bütövlüyümüzün bərpasını təmin etdik.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiysı kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası yarandığı gündən irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları, müəyyənləşdirdiyi hədəfləri ilə Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına töhfələr verir. “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin əsasında saxlayan partiyaya xalqın inamı, etimadı böyükdür: “Bu, istər YAP-ın sıralarının genişlənməsində, istərsə də ölkəmizdə keçirilən seçki proseslərində özünü aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd edərək strateji hədəflərini açıqlamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirildi. Bu mühüm məqam da daim xüsusi qeyd edilir ki, Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ümummilli Liderin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi. Ulu Öndərin öz dövlətinə, xalqına sevgisi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin bu müraciətə cavabı, bunların əsasında 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi bu günümüzə və gələcəyimizə hesablanmış addımlar sırasındandır. Hər bir ölkənin həyatında müəyyən dönüş nöqtələri olur ki, Azərbaycan üçün bunlardan biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Cənab İlham Əliyev VII qurultaydakı çıxışında da bu reallığa xüsusi diqqət yönəldərək bildirdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.”
“Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın” söyləyən millət vəkili onu da əlavə edib ki, partiyanın VII qurultayında qəbul edilən yeni qərarlar qarşıya qoyulan hədəflərin, vəzifələrin uğurlu icrasını şərtləndirir: “Müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu. Yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması prioritet məsələ kimi qarşıya qoyuldu. Belə bir əminlik ifadə edilir ki, bunun sintezi sayəsində gözəl nəticələrə nail ola bilərik. Veteranlar Şurasının yaradılması bu hədəfə yüksək səviyyədə nail olmağa əsas verir.”
Malik Həsənov qeyd edib ki, hər bir hədəf gələcəyə xidmət edən mühüm addımdır: “Dövlət başçısı İlham Əliyevin VII qurultayda tapşırığına uyğun olaraq Yeni Azərbaycan Partiyasının müasir dövrün çağırılarını özündə ehtiva edən yeni Proqramı işlənib hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. 5 fəsildən və 29 müddəadan ibarət olan yeni Proqramın uğurlu icrası ölkəmizin, Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı.”
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, artıq həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb: “Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi. 7 fevral - müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi xalqın inamının, etimadının, 20 ildə görülən işlərə yüksək dəyərinin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunun bir daha nümayişi oldu. Yeni dövrə yeni hədəflərlə qədəm qoyduq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu yeni dövr uğurla başlayıb, uğurla da davam edəcək.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024