Mobil versiya
Bakıda bu il yol qəzalarında 25 nəfər ölüb
Tarix: 04-03-2024 | Saat: 17:30
Bölmə:Ölkə | çapa göndər

Bakıda bu il yol qəzalarında 25 nəfər ölüb

Bakıda bu il iki ay ərzində 62 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə aia.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.


Bildirilib ki, cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024