Mobil versiya
Ali məktəblərdə təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlandı
Tarix: 04-03-2024 | Saat: 11:37
Bölmə:Təhsil | çapa göndər

Ali məktəblərdə təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlandı

Dövlət və özəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində 1071 nəfər əlilliyi olan şəxs imtiyazlı təhsil alır.

Elm və Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər, dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə digər əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqda onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024