Mobil versiya
Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır
Tarix: 02-03-2024 | Saat: 10:07
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır


Ulu Öndər Heydər Əliyevin siyasi irsi mədəniyyəti bizim milli sərvətimizdir. Bizlər bu irsi müqəddəs şəkildə qoruyub saxlamalıyıq. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin daşıyıcısı idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşdirdi. Ümumiyyətlə, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulub: birincisi xalqın Ümummilli Liderə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, ikincisi
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə Ulu Öndərin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir.Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir və geniş
şəkildə tətbiq olunur. Bu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi
dərindən öyrənilir, geniş təbliğ olunur. Birmənalı şəkildə demək olar ki, Ümummilli Lider
Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Bu xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb. Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında Ulu Öndərin özünəməxsus yeri olacaq. Bu gün biz azərbaycanlıların ölkəmiz haqqında danışanda fəxr edə biləcəyi, qürurla danışacağı bir çox uğurları var. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın”.Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Azərbaycanın hər bir bölgəsində Ulu Öndərin quruculuq fəaliyyətinin silinməz izləri var. Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam.
Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər sadalamaqla bitib-tükənən deyil. Heydər Əliyev dünyanın nadir insanlarındandır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz miras qoydu. Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti boyu müdrik və uzaqgörən siyasəti, nadir liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş və adı dünya tarixinə düşmüş görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur.Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu
müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir. Müasir müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bu gün müstəqil Azərbaycan Ulu Öndərin davamçısı İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilir. Bəli 2021-ci il Azərbaycan əsgərləri “ Tarix” yazdı. 2020-ci il Azərbaycan tarixində 44 günlük İkinci Qarabağ müharibəsi və 3 gün davam edən Tovuz döyüşləri ilə daha çox yadda qaldı. İlin əvvəli nisbətən sakit başlasa da, Qarabağ ətrafında hadisələr siyasi aktiv keçdi. Azərbaycan qələbə paradını keçirməklə müharibədə qalib gəlməsini bir daha bütün dünyaya bəyan etmiş oldu. Xalqımız milli tarixinin ən möhtəşəm səhifəsini yaşadı. 44 günlük II Qarabağ müharibəsi igidlərimizin nəyə qadir olduğunu bir daha sübut etdi. Hərbçilərimiz böyük şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı geri qaytardı. Azərbaycan səbirli və qəhrəman xalqdır. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bildirib ki, hər bir hərbiçimiz qəhrəmandır. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra isə Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdacaq.. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq: “Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan
çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!”.

Fatimə Əliyeva
Nəsimi rayon gənci



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024