Mobil versiya
ABŞ Rusiyaya qarşı kosmosda nüvə müharibəsinə başlayır?
Tarix: 26-02-2024 | Saat: 20:36
Bölmə:Özəl | çapa göndər

Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


ABŞ Konqresinin verdiyi "ciddi milli təhlükəsizliyə təhdid" bəyanatı ilə bağlı müzakirələr davam edir. Ağ Ev Rusiyanın kosmosa peykləri məhv edə bilən nüvə bombası göndərməsi ilə bağlı iddiaları təkzib etsə də, müdafiə mediası bunu təsdiqləyib. ABŞ kosmosa əks peyklər də göndərib.ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi bu yaxınlarda Birləşmiş Ştatların “ciddi milli təhlükəsizlik böhranı” ilə üz-üzə olduğunu bəyan etdi. Dünyanın gündəmini zəbt edən açıqlamadan sonra Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi müzakirələrə aydınlıq gətirərək, sözügedən təhlükənin Rusiyanın inkişaf etdirdiyi, lakin hələ də aktiv olmadığı “peykləri hədəf alma qabiliyyəti” ilə bağlı olduğunu açıqlayıb. Kirbi israrla sözügedən qabiliyyətin nə olduğu barədə təfərrüata varmadı. Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, söz mövzusu təhlükəni uzun müddətdir izlədiklərini açıqlayıb. Müdafiə nəşrləri Defense News və Defense One pərdə arxasında nüvə müharibəsinin dəhşətli təhlükəsini təfərrüatı ilə ortaya qoydu.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024