Mobil versiya
"Onların bir çoxu bu faciəyə biganə qalıb" - Dövlət başçısı
Tarix: 26-02-2024 | Saat: 17:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Onların bir çoxu bu faciəyə biganə qalıb" -

Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.

aia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlət başçısı qeyd edib: “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.

"Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - deyən dövlət başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024