Mobil versiya
İsrail səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verdi
Tarix: 26-02-2024 | Saat: 16:39
Bölmə:Siyasət | çapa göndər

İsrail səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verdi

"Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanları yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".

aia.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı "X" hesabında paylaşımında bildirib.

Diplomat qeyd edib ki, onun ölkəsi də bu ağrını anlayır: "Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla günahsız həyatların anlamsız şəkildə qətlə edilməsinə şahid olmağın dəhşətini anlayırıq. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ümumi insanlığı qorumağa məcbur edir", - səfir deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024