Mobil versiya
"Kerri hər zaman qatı ermənipərəst mövqedə olub" RƏY
Tarix: 06-10-2016 | Saat: 12:45
Bölmə:Siyasət | çapa göndər



"Con Kerri hər zaman qatı ermənipərəst mövqedə olub". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, hələ 1989-cu ildə ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamə qəbul etdi və həmin sənədlərin birində vurğulanırdı ki, o vaxt mövcud olan Dağlıq Qarabağ Komitəsinin üzvləri SSRİ hökuməti ilə bərabər tərəf kimi müzakirələr aparmalıdır: “Faktiki olaraq 89-cu ilin noyabrında ABŞ Konqresi tələb edirdi ki, Qarabağ müstəqil dövlətdir. Qətnamələrdə deyilirdi ki, guya azərbaycanlılar Ermənistanın, Gürcüstanın yolunu bağlayıb, yəhudiləri qırır. Bu qətnamələrin də əsas müəllifi həmin dövrdə konqresmen olan Kerri idi. Daha sonra o dövlət katibi kimi də ermənipərəst mövqeyini büruzə verirdi. Aprel döyüşlərindən sonra Kerri başa düşdü ki, Qarabağ münaqişəsinin həlli ermənilərin və onun özünün maraqlarına xidmət etmir. Kerri açıq -aşkar ermənipərəstdir, NATO-nun sammitində görüş zamanı az qaldı ki, Serj Sarkisyanı qucaqlayıb bağrına bassın. Ermənilər onun üçün pul mənbəyidir”.
Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması deyəndə əlbəttə ki, Qarabağın Azərbaycana qaytarılması nəzərə tutulur: “Əvvəlcə ətraf 7 rayon, sonra isə Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır. Bu isə Kerriyə sərf etmir, çünki Qarabağ məsələsi həll edilmədikcə həm erməniləri Rusiyaya qarşı qoyacaq, həm də pul qazanacaq. Ona görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi “liderlə buna hazır deyillər” açıqlaması haqlı suallar yaradır. Onda 20 ildən artıqdır beynəlxalq ictimaiyyəti niyə aldadırsınız?! ATƏT-in pulunu niyə xərcləyirsiniz?! Axı deyirsiniz ki, Qarabağ münaqişəsini həll edirəm. Hər il ATƏT-in büdcəsindən nə qədər vəsait ayrılır. Əgər tənzimləmək istəmirsinizsə, onda çəkilin kənara, Azərbaycan özü bilir münaqişəni necə həll etmək lazımdır”.
M.Əhmədoğlu hesab edir ki, Kerrinin mövqeyi birmənalı ABŞ-ın mövqeyini ifadə edir: “Çünki ABŞ-ın, eləcə də digər dövlətlərin xarici siyasətlə bağlı mövqeyini prezident və xarici işlər naziri müəyyən edir. Bu iki şəxsin dilindən çıxan söz rəsmi mövqedir.. Kerri xarici işlər naziridir və onun mövqeyi ABŞ-ın rəsmi mövqeyidir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024