“Paşinyanın Qərb liderləri tərəfindən boğazdan yuxarı təriflənməsi Ermənistana Ukraynanın aqibətini yaşada bilər”
Tarix: 23-02-2024 | Saat: 11:20
Bölmə:Manşet / Siyasət | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyanın Münxendən dərhal sonra Fransaya səfəri onun danışıqlarda səmimi olmadığını bir daha təsdiqlədi. Belə ki, Münxendə Prezident İlham Əliyevlə görüşdə özünü sülhpərvər göstərməyə çalışan Paşinyan elə həmin gün erməni icması ilə görüşdə ərazi iddialarından əl çəkmədiyini bir daha təsdiqləmiş oldu. Ardınca isə Fransaya səfər edərək, yenə silahlanmanın davam etməsinə danışıqları davam etdirdi. Üstəlik, Paşinyanla Parisdə keçirilən görüşdən sonra Makronun Fransanın Ermənistana hərbi texnika göndərəcəyi haqda açıqlaması Ermənistanın yeni Ukraynaya çevrilmə riskinin artdığını göstərir. Rusiya-Ukrayna münaqişəsindən əvvəl Qərbin Kiyevə dəstək şüarları sonda bu ölkəni poliqona çevirdi. Bu gün Paşinyanın Qərb liderləri tərəfindən boğazdan yuxarı təriflənməsi Ermənistana da Ukraynanın aqibətini yaşada bilər. Paşinyan bunun fərqinə varmalıdır, anlamalıdır ki, ölkəsinin rifahı Azərbaycanla sülhdən və birbaşa dialoqdan keçir. Separatizmə yenidən nəfəs vermək, revanşa həvəslənmək Ermənistanın sonu olacaq. Fransanın məqsədi Ermənistanı alət kimi istifadə edib, Cənubi Qafqazda xaos yaratmaqla regiona bu və ya digər şəkildə soxulmaqdır. Amma Azərbaycanın prinsipial mövqeyi Parisin planlarını pozur. Ona görə Makron hər vəchlə Paşinyanı təsir altında saxlamağa, öz mərkli planlarını onun vasitəsilə reallaşdırmağa çalışır.
Əslində, Münxendə keçirilən ikitərəfli görüşün nəticəsi olaraq münasibətlər normallaşa bilər. Təbii ki, sülh müqaviləsinin imzalanması realdır, bunun üçün Ermənistanın siyasi iradəsi tələb olunur. Amma təəssüf ki, hələ də Ermənistanda sülh üçün maneələr qalır. Əsas maneələrdən biri İrəvanda hələ də separatçı tör-töküntünün fəallaşması və təşkilatlanmasıdır. Belə ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı separatçı rejim ləğv elan olunsa da, İrəvanda hələ də “Arsax nümayəndəliyi” qalır. Sabiq xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə separatçı komissiyanın yaradılması onların məkrli niyyətindən xəbər verir. Hətta Oskanyan populistcəsinə Qarabağ ermənilərinin qayıdışını koordinasiya edəcək komissiya da yaradıb. Halbuki, antiterror əməliyyatından sonra separatçı rejim artıq tarixin zibilliyinə atıldı. Bəzi məlumatlara görə, separatçılar böyük ümidlərlə gizli olaraq Ermənistan parlamentinin fraksiyaları və siyasətçilərlə çoxsaylı görüşlər keçirir. Bu, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatı ilə də ziddiyyət təşkil edir.
Dayanıqlı sülhə nail olmaq üçün Ermənistan mövcud olmayan separatçı rejimin qondarma simvolikalarını birdəfəlik kənara atmalı, Azərbaycana qarşı qanunvericilik səviyyəsində iddialarından əl çəkməlidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024