Mobil versiya
Sahibə Qafarova Ermənistana çağırış etdi: “Konstitusiyanı dəyişdirin”
Tarix: 22-02-2024 | Saat: 11:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sahibə Qafarova Ermənistana çağırış etdi:

“Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına (APA) mühüm çərçivə kimi baxır”.

aia.az-ın məlumatına əsasən, bunu Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

“Parlamentlərimizi bir araya gətirməklə ölkələrimizin səylərini ümumi məqsədlər üçün daha da səfərbər edirik. Eyni zamanda, bu məqsədlərə nail olmaq üçün parlament bu işə öz töhfəsini verir”, - deyə o əlavə edib.

O bildirib ki, APA parlamentlərarası dialoqu dərinləşdirməklə əlaqədar birgə istəyi əks etdirir:

“İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcək”.

Sədr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən də danışıb. O deyib ki, normallaşma üçün Ermənistan konstitusiyasını dəyişməli və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır:

“Üç ildən artıq erməni siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür”, - Sahibə Qafarova bildirib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024