Gürcüstan Azərbaycanla bağlı AŞPA-ya məktub göndərdi
Tarix: 21-02-2024 | Saat: 17:39
Bölmə:Siyasət | çapa göndər
Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.
aia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sədr məktubda AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı qətnaməyə yenidən baxmağa çağırıb.
Mikanazde qeyd edib ki, belə sərt qərarlar AŞPA-nın Azərbaycanla və ümumiyyətlə, Cənubi Qafqazla gələcək münasibətləri üçün mümkün mənfi nəticələr müzakirə edilmədən qəbul edilir.
Məktubun sonunda o, bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminliyini ifadə edib.
Bundan əvvəl Serbiya, Türkiyə və Türk Dövlətləri Parlament Assambleyası tərəfindən də oxşar məktublar göndərilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024