Mobil versiya
Yeddi Azərbaycan vətəndaşı Suriyadan vətənə gətirildi
Tarix: 21-02-2024 | Saat: 10:09
Bölmə:Siyasət / Manşet | çapa göndər

Yeddi Azərbaycan vətəndaşı Suriyadan vətənə gətirildi

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan beşi uşaq və ikisi qadın olmaqla yeddi nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib.

aia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək onların Türkiyə ərazisinə keçidi təşkil olunub:

“İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub”.

“Azərbaycanın Türkiyədəki Səfirliyi müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımızı Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edib və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - məlumatda

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024