Yalçın Rəfiyev: “Maliyyələşdirmə COP29-da əsas məsələlərdən biri olacaq”
Tarix: 20-02-2024 | Saat: 15:50
Bölmə:Siyasət | çapa göndər
İqlim maliyyəsi 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunacaq əsas məsələlərdən biridir.
aia.az xəbər verir ki, bu barədə “COP28-dən sonra: birləşmək, hərəkətə keçmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
“COP29-da bizim əsas vəzifələrimizdən biri maliyyələşdirmə mexanizmlərini inkişaf etdirmək olacaq. Ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun səylərinin birləşdirilməsini tələb edən zərərin azaldılması, uyğunlaşdırılması və ödənilməsi üçün maliyyənin səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edəcək”, - o bildirib.
Y.Rəfiyev qeyd edib ki, yalnız inklüziv COP vasitəsilə düzgün yolu müəyyən etmək mümkün olacaq: “Bu bizim əsas prinsipimiz olacaq. Əməkdaşlığımız sayəsində iqlim və davamlılığa yönəlmiş gələcəyi təmin etmək üçün BƏƏ və Braziliya ilə əl-ələ verəcəyik”.
Nazir müavini Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji sektorunda mühüm rolunu vurğulayıb: “COP29 çərçivəsində biz qlobal enerji qaydaları və standartlarının yaradılmasında mühüm rol oynayan IEA ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. IEA həmçinin COP29-da öhdəliklərimizə və əldə edilmiş tərəqqiyə nəzarət edərək tərəflərin mühüm tədqiqat və fəaliyyətini dəstəkləyərək bu prosesdə mühüm rol oynamağa davam edəcək”./report
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024