Mobil versiya
“Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti qlobal problemləri həll edən lider kimi qəbul olundu”
Tarix: 18-02-2024 | Saat: 10:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti qlobal problemləri həll edən lider kimi qəbul olundu”

60-cı Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinin yüksək nüfuzu, onun şəxsiyyətinə olan böyük hörmət və ehtiram daha qabarıq şəkildə özünü göstərdi. Məlumdur ki, Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərlərinin bir araya gəldiyi mühüm platformalardan biridir. Belə bir platformada dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələrinin Azərbaycan lideri ilə görüşmək istəyi diqqət çəkdi. Bütün görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutduğunu nəzərə alsaq, Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının ilbəil artdığını əminliklə söyləmək olar.
İllərdir, Prezident İlham Əliyev bu təhlükəsizlik platformasına dəvət alır, bu çərçivədə keçirilən müzakirələrdə qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı dəyərli fikirlərini bölüşür. Bu il ölkəmizin COP29 və digər qlobal tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın nüfuzunu daha da artırıb. Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevə olan diqqət bir daha onu deməyə əsas verir ki, Azərbaycan dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən, bu prosesə əməli töhfələr verən ölkə kimi qəbul olunur. Bu barədə dövlət başçımız inaqurasiya mərasimində də bəyan etmişdi. Biz MTK-da bunun real təzahürünü gördük.
Azərbaycan bu illər ərzində Qoşulmama Hərəkatının sədri kimi böyük nüfuz qazanıb. COP 29-a ev sahibliyi ilə bağlı dəstək isə bu nüfuzun daha da artdığını göstərdi. Azərbaycan illərdir, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında hətta bir-birilə əks mövqedə olan tərəfləri bir araya gətirmək bacarığı sərgiləyib. Dünya ictimaiyyəti də Azərbaycanı qlobal təşəbbüskar kimi qəbul edir.

Ölkəmiz təmsil olunduğu platformalarda bütün tərəfdaşlarla geniş əlaqələr qurub, səmərəli qarşılıqlı əməkdaşlığa nail olub. Bu səbəbdən Azərbaycan qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş kimi dəvət olunur. 60-cı Münxen Təhlükəsizlik Konfransı bunu bir daha təsdiqlədi.
Əslində Azərbaycanın öz potensialını daha geniş formada təqdim etməsinə mane olan səbəblərdən biri də Ermənistanla 30 ilə yaxım davam edən münaqişə idi. Ədalətli müharibə apararaq, öz məsləsini özü həll edən Azərbaycan bu gün sülhsevər ölkə kimi qonşularla yanaşı digər regionlarla sülh gündəliyini təşviq etməklə öz mövqeyini daha da gücləndirməkdədir.
Dövlət başçımızın andiçmə mərasimində söylədiyi kimi, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. “Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024