Mobil versiya
Azərbaycanda yeni pasportlar verilir - FOTO
Tarix: 05-10-2016 | Saat: 15:38
Bölmə:Gündəm | çapa göndər




Azərbaycanda yeni biometrik ümumvətəndaşlıq (xarici pasport) pasportun verilməsinə başlanılıb.

Yeni pasport həm dizayn həm də rənginə görə əvvəlkindən fərqlənir. Azərbaycan vətəndaşları pasportlarını dəyişdirmək üçün "ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Yaşı 18 – dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Yaşı 18 – dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 40 manat, 5 iş günü müddətinə alınırsa, 80 manat, 1 iş günü müddətinə alınırsa, 160 manat təşkil edir.

Ümumvətəndaş pasportu dəyişdirilisə, vətəndaşda olan pasport da təqdim olunmalıdır. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz:

http://asan.gov.az/.../mumvetendas_pasportlarinin...

Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən 30 manat məbləğində cərimə tətbiq edilir. Qeyd edək ki, ümumvətəndaş pasportu dəyişdirilən zaman vizadan istifadə imkanının olması üçün vətəndaşda olan ümumvətəndaş pasportunun əsas hissəsi yararsız hala salınıb vətəndaşa geri qaytarıla bilər.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024