Münasib Qurbanov : “7 fevral seçkiləri Azərbaycan vətəndaşının öz Vətəninə və dövlətinə olan sevgisinin ən bariz nümayişi oldu”
Tarix: 15-02-2024 | Saat: 14:30
Bölmə:Siyasət | çapa göndər
“Azərbaycan xalqının 2003-cü ildə olduğu kimi, bu il də müdrik seçim edərək öz səsini Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi bütün vədlərə əməl edərək ölkəmizə möhtəşəm tarixi Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Müzəffər Sərkərdə İlham Heydər oğlu Əliyevə verəcəyi heç kimdə şübhə doğurmurdu. Həqiqətən də son 21 ildə möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanın imza atdığı tarixi nailiyyətlər möhtəşəm olmuşdur. Xüsusilə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam olaraq təmin olunması, məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması bunun bariz nümunələrindəndir. Necə ki, 1993-cü ildə xalqın təkidli tələbilə ölkədə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın gözəl gələcəyinin təməlini qoymuşdu, cənab Prezident İlham Əliyev də bu möhkəm təməl üzərindən müasir Azərbaycanı inşa etdi. Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin bütün Avrasiya məkanında gedən proseslərə müdaxilə etmək imkanı olan söz sahibidir. Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu və önəmi getdikcə artan Azərbaycan hazırda dünya miqyasında ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanınır və qəbul edilir. Dövlət başçımızın uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq gündən-günə zənginləşən Azərbaycanda xüsusilə son illər elm, təhsil, mədəniyyət, idman, səhiyyə, biznes və digər sahələrdə böyük uğurlar əldə edilmiş, ölkədə məşğulluğun səviyyəsi ildən-ilə artmış, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bütün bu nailiyyətlər – ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, əldə edilən uğurlar, sosial-iqtisadi sahənin inkişafı, insanlarımızın sərbəst, rahat yaşaması və əmək fəaliyyəti ilə məşğul olması bütün Azərbaycanın milli sərvətidir.”
Bu sözləri saytımıza verdiyi müsahibəsində tanınmış iş adamı Münasib Qurbanov deyib.
Həmçinin müsahibimiz işğaldan azad olmuş ərazilərdə icra olunan irimiqyaslı infrastruktur layihələrdən bəhs edərək bunları deyib: “Qarabağ münaqişəsinin həlli bütün Cənubi Qafqazın təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda ölkəmiz işğaldan azad edilmiş bütün ərazilərdə möhtəşəm infrastruktur layihələr reallaşdırmaqda davam edir. Füzuli Beynəlxalq Hava Limanı və Zəngilan Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu tezliklə istifadəyə veriləcək. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Lakin tarixi Qələbə nəticəsində yaranmış yeni regional reallıqların formatı təkcə Qarabağın bərpası və ölkəmizin inkişafı üçün əldə olunmuş yeni imkanlarla məhdudlaşmır. Qələbə bütün Cənubi Qafqaz regionuna sülh və davamlı inkişaf imkanları qazandıran yeni perspektivlər ortaya çıxarıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni istiqamətlər müəyyənləşmişdir. Əlbəttə ki, bu istiqamətdə Azərbaycanın öz zəfər yoluna davam etməsi birbaşa ölkəmizdə bundan sonra da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək mükəmməlformaya gətirilmiş siyasi strategiyanın həyata keçirilməsinə bağlıdır. Yalnız bu halda Azərbaycan getdikcə daha güclü və zəngin ölkəyə çevriləcək, xalqımız daha yüksək rifah içərisində yaşayacaq. Məhz buna görə də 7 fevral seçkilərində Azərbaycan xalqı bir daha öz iradəsini nümayiş etdirərək arxasınca inamla gedə biləcəyi yeganə Lideri, cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. Bu tarixi seçim Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ölkənin bütün ərazisində keçirilmiş ilk seçkilərin əhəmiyyətini birə-yüz artırdı və ölkəmizin bundan sonrakı inkişafının sarsılmaz təməlini qoydu” – deyə, Münasib Qurbanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024