Mobil versiya
“Müvafiq qurumlar su ilə bağlı məsələlərə diqqət ayırmalıdır” - Azay Quliyev
Tarix: 16-02-2024 | Saat: 11:17
Bölmə:Siyasət | çapa göndər

“Müvafiq qurumlar su ilə bağlı məsələlərə diqqət ayırmalıdır” -

“Nəzərə almalıyıq ki, bütün qanunların qəbul olunmasında əsas hədəf vətəndaşlardır. Həmin sahənin vəziyyətinə diqqət ayırmaq lazımdır”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, son illlər su təchizatı ilə bağlı bir çox işlər görülüb, lakin hələ də görüləcək işlər var. Onun sözlərinə görə, həmçinin də bu istiqamətdə vətəndaşların ödəyəcəyi xidmət haqlarına uyğun xidmətin göstərilməsi kimi məsələlərə diqqət yetirmək lazımdır:

"Tullantı sularının axııdlmal ilə bağlı bir çox problem var. Binəqədidə 10-dan çox binanın kanalizasiyasının yaxşılaşdırılmasına ehtiyac var. Hələ də Bakının rayonlarında seçicilərlə görüşdə deyilir ki, suyun keyfiyyəti çox aşağıdır Müvafiq qurumlar bu məsələyə də diqqət ayırmalıdır. 9-cu mikrorayonda hələ də suyu qrafiklə verilən evlər var. Bu məsələlərə ciddi yanaşılmalıdır".

Deputat bildirib ki, bu gün Bakıda bir çox yerlərdə istismara alınmayan binalar var:

"Bütövlükdə məhz əgər bu binanın tikintisinə icazə verilibsə, necə icazə verilib? 360-380 ailə yaşayır Onların qeydiyyatı yoxdur, hətta səsvermədə belə iştirak edə bilmirlər”./bakivaxti

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024