Mobil versiya
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri görüşəcəklər
Tarix: 15-02-2024 | Saat: 18:00
Bölmə:Siyasət / Manşet | çapa göndər

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri görüşəcəklər

Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti və regional təhlükəsizlik çağırışlarını müzakirə ediblər.

aia.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlər regionda güclü və sabit inkişaf üçün sülhün bərqərar olmasının vacibliyini bir daha vurğuladılar. Bu baxımdan Gürcüstan və Türkiyənin rolu qeyd olunub", - məlumatda deyilir.

Qeyd olunub ki, Türkiyədə keçirilən görüşdə tərəflər həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialını müzakirə ediblər. Bu kontekstdə Bakı-Tbilisi-Qars kəmərinin, eləcə də "Orta Dəhliz"in reallaşdırılmasının vacibliyi qeyd edilib.

Nazirlər Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün bu ilin martında baş tutacağını qeyd ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024