Mobil versiya
Güclü Azərbaycan daim hədəfimizdir
Tarix: 15-02-2024 | Saat: 16:54
Bölmə:Siyasət | çapa göndər

Güclü Azərbaycan daim hədəfimizdir

“Günümüzün əsas müzakirə mövzusu 7 fevral prezident seçkiləri ilə yeni dövrə başlayan Azərbaycanın qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərdir. Bu fakt inkaredilməzdir ki, ölkəmiz hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir və davamlı uğurları ilə diqqətdə olur. Təkcə ötən 2018-ci prezident seçkilərindən bugünədək Azərbaycanın müasir tarixinə yazılan uğur səhifələrini vərəqləmək kifayətdir. Cənab İlham Əliyev Azərbaycanın həyatında mühüm rola malik olan, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçildi. 14 fevralda Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi məhz ölkəmizin ötən dövrdə keçdiyi yolun təhlili əsasında qarşıdakı illərdə ayrı-ayrı sahələrdə görüləcək işlərin, güclü Azərbaycanın daha da qüdrətlənməsi üçün atılacaq addımların təqdimatı oldu. “2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik” söyləyən Prezident İlham Əliyev bildirdi ki, o gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. 300-dən çox şəhər və kənd azad olundu. Bu gün ərazi bütövlüyümüzü, öz ləyaqətini bərpa edən xalq kimi yaşayırıq.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili zəfərlərimizin müəllifi olan İlham Əliyevin təkmil islahatları, dövrün çağırışlarını özündə ehtiva edən siyasəti nəticəsində qazanılan və sadalamaqla bitməyən uğurlarımızdan, yeni yaradılan reallıqlar əsasında regionda və dünyada baş verən proseslərdən, ölkəmizin tarixi Zəfərimizdən sonra bölgədə davamlı sülhün və təhlükəsizliin təmin edilməsi üçün Ermənistana sülh təklifindən, iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsindən, sözümüzün imzamız qədər dəyərli olmasından geniş bəhs edərək diqqəti yeni hədəflərə yönəldib: “Cənab İlham Əliyev öncə bildirdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və ötən il cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Hazırda Ordumuzun gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır. Silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Dövlət başçısı belə bir çağırışı səsləndirdi: “Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz.”

Əliabbas Salahzadə Azərbaycanın artan iqtisadi və maliyyə imkanları fonunda ordu quruculuğu istiqamətində atılan addımların davamlılığından bəhs edərək onu da bildirib ki, dövlət büdcəmizdən ayırmalarda ilk yer hərbi xərclərdir: “Azərbaycanın müstəqilliyinin və suverenliyinin qarantı olan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi bütün dövrlər üçün əsas istiqamət olub. Hazırkı dövrdə hərbi xərclərlə bərabər Qarabağ və Şərqi Zəngəzurun bərpası qarşıda dayanan mühüm hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər bura gələn xarici qonaqları heyrətləndirir. 30 il ermənilərin vəhşilikləri ilə üz-üzə qalan, tamamilə yerlə-yeksan edilən ərazilərimizə yeni nəfəs verilir, dirçəldilir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar.”

Millət vəkili bu uğurları şərtləndirən iqtisadi imkanlarımızdan da danışıb: “Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin, problemlərin aradan qaldırılmasında öz sözünü deyir. Cənab İlham Əliyev təkcə cari ilin ötən bir ayının sosial-iqtisadi göstəriciləri əsasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafı barədə aydın təsəvvür yaratdı. Belə ki, bu ilin yanvar ayında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Müqayisə üçün qeyd edildi ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Dinamikanın olması hər birimizi sabaha daha böyük inamla addımlamağa əsas verir. Bu fakt inkaredilməzdir ki, cənab İlham Əliyev 2003-cü ildən bu hədəfi qarşıya qoyub: İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi dövlətimizin siyasətinin əsas amilləridir.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024