Mobil versiya
Ermənistanın atəşkəsi pozmaqda məqsədi nədir? - AÇIQLAMA
Tarix: 13-02-2024 | Saat: 14:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistanın atəşkəsi pozmaqda məqsədi nədir? -

"Ermənsitan tərəfindən atəşkəsin pozulması bu ölkənin müdafiə nazirliyi tərəfindən təsdiqini tapır. Həm Zəngilan, həm də Tovuz istiqamətində təxribatın törədilməsi dövlət sərhəddində atəşkəsin pozulması kimi dəyərləndirilməlidir".

Bunu "Unikal"a açıqlamasında deputat Arzu Nağıyev deyib. Deputat bildirib ki, əsgərimizin yaralanması ilə törədilən bu təxribatın cavabı artıqlaması ilə verilir və veriləcək:

"Azərbaycan Ordusunun hər bir əsgəri suverenliyimizi və müstəqilliyimizi qoruyan vətəndaşdır. Buna görə həm qisas əməliyyatları keçiriləcək və digər istiqamətdə addımlar atılacaq ki, düşmən tərəfindən bu təxribatlar törədilməsin. Vaxtilə ora gələn, vizual kəşfiyyatçı kimi fəaliyyət göstərən Fransa və digər Qərb dövlətlərinin nümyəndələri nədən bu məsələdə susur? Onlar bununla bağlı müvafiq açıqlama vermirlər. Bu, düşünülmüş məsələdir ki, sülh müqaviləsinin imzalanması gecikdirilsin. Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın və bu ölkənin xarici işlər nazirliyinin verdiyi absurd bəyanatlar bir daha göstərir ki, sülh müqaviləsinin imzalanmasını uzadırlar.

Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasət Ermənistanı, həmçinin onun havadarlarını qane etmir. Bütün baş verən proseslərdə əsas məqsəd Rusiyanı regiondan uzaqlaşdırmaq, onun təsirini azaltmaq, Azərbaycanın müstəqil siyasətinə mane olmaq və bunu həyata keçirmək üçün Ermənistandan vasitə kimi istifadə etməkdir. Buna görə bu proseslər baş verir. Təbii ki, bundan sonra da atəşkəsin pozulmasına Azərbaycan adekvat cavab verəcək. Ərazi bötüvlüyümüzə və suverenliyimizə istənilən təhdidin qarşısı alınacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024