Mobil versiya
AŞPA bunu bilməlidir
Tarix: 12-02-2024 | Saat: 16:08
Bölmə:Siyasət | çapa göndər

AŞPA bunu bilməlidir

“Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.
Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi ilə başlayan münaqişə ərazilərimizin işğalı ilə davam etmiş, minlərlə soydaşımız qətlə yetirilmiş, işgəncələrə məruz qalmış, bütöv bir region erməni faşistləri tərəfindən darmadağın edilmişdi. Baş verən münaqişənin həlli üçün yaradılmış Minsk qrupu da 28 il görüşlər keçirməklə prosesin davam etməsinə əslində şərait yaratmış, ermənilərin başını sığallamaqla məşğul olmuşdur. Lakin bu prosesin mahiyyətini başa düşən xalq və dövlət 2020-ci ildə 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü bərpa etmişdir.
Erməni havadarları belə olduğu təqdirdə yeni bir oyun başlatmışdır. Fransa və onun kimi ermənipərəst qüvvələr bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən isə onlara beynəlxalq təşkilatlarda dəstək nümayiş etdirirlər. AŞPA-dakı son mövqe də elə buna xidmət edir. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev belə kəskin və qəti mövqe sərgiləmişdir.
Ölkəmizin başçısı qeyd etmişdir ki, “2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.”
Bundan sonrakı proseslərə müxtəlif don geyindirmək cəhdlərini də Ermənistan və onun havadarları göstərməkdə davam edir, sülh sazişinin imzalanmasını uzatmaqla vaxt qazanmağa çalışırlar. Xüsusən Fransa bu sahədə öndə gedir. Ermənistanı silahlandırmaqla yeni müharibə törətmək, bölgədə nüfuz sahibi olmaq istəyi aydındır. Lakin bu niyyətdə olanlar anlamalıdır ki, Azərbaycanın mövqeyi və gücü kifayət qədər aydındır.
Ölkəmizin başçısı bildirmişdir ki, biz daim sülh üçün təşəbbüsləri dəstəkləməkdə davam edirik. Təəssüf ki bu gün sülh prosesini başa çatdırmaq Ermənistanın imkanları xaricindədir. Xüsusən Ermənistanın hazırkı Konstitusiyası və digər normativ-hüquqi sənədlər prosesə əngəl olaraq qalır: “Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.”
Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024