“Azərbaycan xalqı Qərbin seçki prosesini gözdən salmaq planını iflasa uğratdı”
Tarix: 10-02-2024 | Saat: 14:39
Bölmə:Manşet / Siyasət | çapa göndər
Azərbaycan xalqı seçkilərdə yüsək səviyyədə aktivliyi ilə, düzgün seçim etməklə Qərbin, ABŞ və Fransanın Azərbaycanda seçki prosesini gözdən salmaq planını faktiki iflasa uğratdı. Ölkəmizin daxilindəki Qərb şəbəkəsi də ifşa olundu. Onlar məkrli planlarını icra edə bilmədilər. Səsvermə başa çatandan sonra prosesi izləyən 70-dən çox müşahidə missiyası, “exit-poll” təşkilatlarının rəylərində də seçkilərin şəffaf və demokratik şəkildə keçirildiyi qeyd olunur. Yalnız ATƏT DTİHB hər zamankı kimi qərəzli və qeyri-obyektiv dəyərləndirmə etdi. Bu da gözlənilən idi. Çünki illərdir, ATƏT seçkilərdə Azərbaycana qarşı qərəzini gizlədə bilmir. Hər il eyni qərəzli rəylərlə Azərbaycanın uğurlarına kölgə salmağa çalışır. Amma bu dəfə də məkrli plan baş tutmadı. ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun ABŞ-da kjeçirilən seçkilərlə bağlı hazırladğı hesabatlara məhəl qoymayan, onu ciddi qəbul etməyən Vaşinqtonun qurumun Azərbaycandakı seçkilərlə bağlı hazırladığı qərəzli dəyərləndirməni təqdir etməsi sadəcə təəssüf doğurur. Qərbin riyakar simasını bir daha ortaya qoyur. Öz paradoksal seçki sistemi ilə öyünən ABŞ dyenə ənənəsinə sadiq qalaraq pozucu missiyasını davam etdirməyə çalışdı. Bu dəfə də nəticəəldə edə bilmədi. 7 fevral prezident seçkilərində Azərbaycan xalqı öz irasədini ortaya qoydu və inkişafa, təhlükəsizliyin qarantına səs verdi. Beləliklə, qalib xalq qalib liderini seçdi.
Bu gün dünya mətbuatı Azərbaycanın demokratiya yolunda yeni səhifə açmasından, ölkəmizin qalib və lokomativ kimi regionda möhkəmlənən nüfuzundan yazır.
Bu dəfəki seçkilər Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyırdı. Ərazi bütövlüyü və suverenliyimizin təmin olunmasından sonra bütün ölkə ərazisində səsvermə prosesinin keçirilməsi hər bir azərbaycanlı üçün fəxr və qürur idi. Azərbaycan xalqı illərdir bu anı gözləyirdi.
Azərbaycan liderinə gələn çoxsaylı təbrik mesajları isə Azərbaycan Prezidentinin nüfuzundan, onun qalib lider, nüfuzlu siyasətçi kimi qəbul olunduğunu bir daha təsdiqlədi. İƏT baş katibinin təbrikində isə Azərbaycan Prezidentinin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, müsəlman ölkələri arasında əlaqələrin güclənməsinə verdiyi töhfələr təqdir olunur. Artıq Azərbaycanda yeni mərhələ başlayır. Prezident İlham Əliyevin də söylədiyi kimi biz əsas missiyamızı yerinə yetirmişik - ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Artıq bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız var. Biz yeni dövrün yeni hədəflərini müəyyənləşdiririk.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024