Türkiyədən gələn professor heyəti Bakı Sağlamlıq Mərkəzini ziyarət edib -Fotolar
Tarix: 09-02-2024 | Saat: 21:51
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər
Bugün Bakı Sağlamlıq Mərkəzində Türkiyədən gəlmiş professor həkim heyəti ilə görüş baş tutmuşdur. Görüşdə İstanbul “Breast Health Center”-in rəhbəri prof. dr. Cem Yılmaz, “Sapiens Genetik Hastalıklar Değerlendirme Merkezi”-nin əməkdaşları prof. dr. Vildan Caner, prof. dr. Ozan Çetin, prof. dr. Görkem Yaman, dr. Deniz Dehni və laboratoriyanın rəhbəri, “T.C. Demiroğlu Bilim Üniversitesi” professoru dr. Kanay Yararbaş, qadın doğum uzmanı prof. dr. Murat Naki və ortoped prof. dr. Kubilay Beng iştirak etmişdir.
aia.az xəbər verir ki, baş tutan görüşdə Azərbaycan və Türkiyə qardaşlığı, ölkəmizdə görülən işlər barədə maraqlı müzakirələrdən sonra Bakı Sağlamlıq Mərkəzinin İcraçı Direktoru Dos. Dr. Asiman Həsənov Mərkəzimizin mövcud potensialı və gələcək planlar istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib. Görüş zamanı təşkilati quruluş, idarəetmə strukturları, pasiyentlərin müraciət proseduru, tibbi avadanlıqlar, klinikanın ictimai imici, rəqabət mənzərəsi, beynəlxalq fəaliyyəti istiqamətində mövzular müzakirə olunub.
Sonra isə qonaqlar klinikamızda xidmət göstərən “Bakı Süd Vəzi Mərkəzi”-nə baxış keçirdərək, oradakı fəaliyyət, görülən işlər və göstərilən tibbi xidmətlərlə tanış olmuşdur. “Bakı Süd Vəzi Mərkəzi”-nin fəaliyyəti ilə yaxından tanış olan qonaqlar təcrübə mübadiləsi çərçivəsində öz təkliflərini səsləndirərək, Mərkəzdə görülən və gələcəkdə görüləcək işlər haqqında qarşılıqlı maraqlı müzakirələr aparıblar.
Sonda kollektiv xatirə şəkilləri çəkdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024