Mobil versiya
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqları adından Prezident İlham Əliyevi təbrik edib
Tarix: 08-02-2024 | Saat: 18:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqları adından Prezident İlham Əliyevi təbrik edib

Təbrikdə deyilir:

“Hörmətli Prezident!
Sizi yenidən xalqımızın iradəsi əsasında Azərbaycan Respublikasının Prezident seçilməyiniz münasibətilə həmkarlar ittifaqlarının bütün üzvləri və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, dövlətimizin davamlı və dayanıqlı inkişafı, müstəqilliyinin və suverenliyinin qorunması, son 20 ildə Sizin rəhbərliyinizlə əldə olunmuş misilsiz nailiyyətlərin daha da möhkəmlənməsi naminə ali müqəddəs missiyanızda uğurlar arzulayıram.
Cənab Prezident!
Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisi tam demokratik, ədalətli, azad və şəffaf keçirildi. Seçkilərdə iştirak edən bütün regional və beynəlxalq təşkilatların apardıqları monitorinqlərin, eləcə də keçirilən “exit-poll”arın nəticələri seçkilərin obyektiv keçirildiyini və demokratik seçki üçün bütün zəruri şəraitin yaradıldığını təsdiq etdi. Bu onu göstərir ki, ölkəmizdə müasir mükəmməl seçki sistemi mövcuddur. Seçki hüququ olan vətəndaşlarımızın fəallığı, böyük şövqlə və istəklə seçki məntəqələrinə üz tutması isə onların yüksək siyasi mədəniyyətindən və dövlətimizin gələcəyinə məsuliyyətli yanaşmasından irəli gəlir. Həmçinin vətəndaşlarımızın böyük əksəriyyətinin Sizə - şanlı tariximizin ən böyük şəxsiyyətlərindən birinə, qətiyyətli, əzmkar, tərəqqipərvər Liderə, onu müzəffər edən dahi Sərkərdəyə etimad göstərməsi xalqımızın müdrikliyinin, düşünülmüş və məntiqli qərarının, dövlətimizə sədaqətinin və doğma Vətənimizə olan böyük məhəbbətinin əlamətidir.
Möhtərəm Prezident!
Ötən 20 ildə Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövr sürətli inkişaf və misilsiz nailiyyətlər dövrüdür. Bu illər ərzində ölkəmizin bütün sahələrində davamlı inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, respublikamızın siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz tam bərpa edilib. Müəllifi olduğunuz Qarabağ Zəfəri, o cümlədən Xankəndidə ucaltdığınız bayraq xalqımızın qeyrət dastanıdır. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan dövləti və xalqı Sizin müdrik rəhbərliyiniz sayəsində qədimlərə söykənən zəngin tarixinin ən şanlı və parlaq dövrünü yaşayır. Bu uğurları görən və dərindən dərk edən xalqımız yenidən Sizə - sınanmış və etibarlı namizədə etimad göstərməklə dövlətimizin gələcək inkişafını təmin etmiş olub.
Cənab İlham Heydər oğlu!
Sizin peşəkar rəhbərliyiniz sayəsində ölkəmizdə qanunun aliliyinin qorunması, sosial-iqtisadi tərəqqiyə nail olunması, sabitliyin, demokratiyanın, insan hüquq və azadlıqlarının ən ali səviyyədə təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə geniş imkanlar açıb. Siz hər zaman bu təsisata işçilərin, pensiyaçıların, təhsil alanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işində güclü dəstək vermisiniz. Məhz bunun nəticəsdir ki, həmkarlar ittifaqları işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində xüsusi əzmkarlıq göstərir və qətiyyətli mövqe sərgiləyir. Odur ki, həmkarlar ittifaqlarının fəalları və üzvləri Sizin idarəçilik fəlsəfənizin gücünə inanır, onu bəyənir və ürəkdən dəstəkləyir. Xatırladım ki, təşkilatımızın milyon yarımdan çox üzvü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI qurultayında budəfəki prezident seçkilərində Sizin namizədliyinizin dəstəklənməsi və seçkilərdə Sizə səs verəcəkləri ilə bağlı qərar qəbul etdilər.
Zati-aliləri, möhtərəm cənab Prezident!
Azərbaycan dövləti və xalqı Sizin rəhbərliyinizlə uğurlu və şərəfli bir mərhələni adlayaraq yeni epoxaya qürurla qədəm qoyur. Əminik ki, yeni dövrdə qarşıda duran bütün strateji vəzifələrin - Şərqi Zəngəzur və Qarabağın dirçəlməsi, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və modern ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması kimi ali missiyanın öhdəsindən zəngin idarəçilik təcrübəniz, dərin siyasi biliyiniz və xalqımızın sarsılmaz dəstəyi ilə ləyaqətlə gələcək, doğma Azərbaycanımızı daha uca zirvələrə qaldıracaqsınız.
Cənab Prezident, bu yolda Sizə bol-bol uğurlar, tükənməz enerji və sağlam can arzulayıram! Biz hər zaman olduğu kimi, bundan sonra da Sizin ətrafınızdayıq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024