Mobil versiya
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Tarix: 08-02-2024 | Saat: 09:47
Bölmə:Siyasət | çapa göndər

Əli İnsanov İlham Əliyevi təbrik etdi

Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

aia.az xəbər verir ki, bu barədə partiyanın sədri Əli İnsanov öz sosial şəbəkə hesabında paylaşım edib. Bəyanatda deyilir:

“Haqq Ədalət Partiyası 7 fevral tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini bütün seçki prosesi ərzində yaxından müşahidə edib və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirib. Partiyamız prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı qalib dövlətə çevirən, müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən bildirib.

Haqq Ədalət Partiyasının ümumi müşahidəsinə əsasən bəyan edirik ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub. Hər bir namizədə ödənişsiz təbliğat imkanlarından, efir vaxtından bərabər şəkildə faydalanmaq, öz təbliğat materiallarını yaymaq və ölkənin bütün ərazisində seçicilərlə kütləvi görüşlər keçirmək imkanı yaradılıb. Bununla yanaşı partiyamızın çoxsaylı üzvləri prezident seçkilərində müşahidəçi olmaq üçün seçki dairələrində və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

Səsvermə günü Haqq Ədalət Partiyasının qərargahında müşahidəçilərdən gələn məlumatlar təhlil olunub və səsvermənin gedişatı analiz edilib. Analizlərin nəticələrinə əsasən bildiririk ki, seçki günü səsvermə, səslərin sayılması və səsvermənin seçki məntəqələri üzrə yekunlarının sənədləşdirilməsi prosesi uğurla və qanunvericiliyə uyğun aparılıb, seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməyib. Seçki prosesində aşkarlıq yüksək səviyyədə təmin olunub, müşahidəçilərə prosesi aydın müşahidə etmək üçün bütün imkanlar yaradılıb. Seçkilər seçicilərin yüksək fəallığı ilə baş tutub və nəticələr Azərbaycan xalqının siyasi iradəsini tamamilə əks etdirib.

Hesab edirik ki, Haqq Ədalət Partiyasının da bu seçkilərdə dəstəklədiyi namizəd Ali Baş Komandan İlham Əliyevin xalqın böyük etimadını qazanaraq qələbə çalması haqq və ədalətin qələbəsidir. Bu böyük qələbə münasibətilə partiyamızın çoxsaylı üzvləri adından cənab İlham Əliyevi ürəkdən təbrik edir, qalib Azərbaycanı daha da gücləndirməsi yolunda prezidentimizə uğurlar arzulayırıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024