Mobil versiya
Prezident seçkiləri ilə əlaqədar səsvermədə "exit-poll" keçirilir
Tarix: 07-02-2024 | Saat: 13:24
Bölmə:Gündəm / Siyasət | çapa göndər

Prezident seçkiləri ilə əlaqədar səsvermədə "exit-poll" keçirilir

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” həyata keçirilir

aia.az xəbər verir ki, “exit-poll” üçün üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC akkreditasiyaya alınıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir.

Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024