Xarici qüvvələrin prosesə müdaxiləsi sülh sazişinin imzalanmasını əngəlləyir
Tarix: 03-02-2024 | Saat: 18:55
Bölmə:Siyasət | çapa göndər
Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ölkəmizə səfər etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin qəbulunda olan qonaq ölkəmizin uğurlarını qeyd etmiş, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırmış, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirmişdir. Bundan başqa Martin Çunq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il keçiriləcək 29-cu sessiyasına ev sahibliyi etmək hüququnu ölkəmizin qazanması münasibətilə də dövlətimizin başçısını təbrik etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu qonağın diqqətinə çatdırmışdır. Dövlət başçısı bildirmişdir ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edib və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. Lakin Ermənistan bu təklifə adekvat cavab vermədi. Məlumdur ki, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqe tutmasının əsas səbəblərindən biri də məhz bəzi Avropa ölkələrinin, xüsusilə Fransanın bilavasitə təsiri və təhriki olub. Rəsmi Parisin bu məsələlərə müdaxiləsi iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşmasına qətiyyən xidmət etmir. O cümlədən Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar bu ölkənin Cənubi Qafqaz regionunda aparıcı mövqelərə sahib olmaq siyasətinin reallaşdırılması məqsədini güdür. Azərbaycan 2020-ci ildə öz torpaqlarının işğalına son qoyduqdan sonra məhz Fransanın təhriki ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizə qarşı qərəzli və əsassız hücumları daha da intensivləşib. Bu il yanvar ayının 22-də keçirilmiş AŞPA qış yarım-sessiyasının açılışında bu təşkilatda ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Cənab Prezident Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsini beynəlxalq riyakarlığın təzahürü kimi qiymətləndirdi və AŞPA-nın atdığı addımların dialoqa xidmət etmədiyini vurğuladı. Qeyd edək ki, ölkəmizin sözügedən təşkilata 23 illik üzvlük dövrünün təcrübəsi birmənalı olaraq bunu deməyə əsas verir ki, Qərbin ermənipərəst, islamofob qüvvələri daim bu təşkilatdan Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışıblar. Cənab Prezident İlham Əliyev bunu da diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Əks halda, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Cənab Prezident İlham Əliyev bu məqamı da qonağın diqqətinə çatdırdı ki, Azərbaycan ilə Ermənistan sərhəddində artıq uzun müddətdir ki, sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Sadəcə bunun üçün bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Möhtərəm dövlət başçımız qeyd etdi ki, dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən dəyişikliklər dəyişikliklər edilməlidir. Çünki bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Bu baxımdan Cənab Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024