Qalib Liderlə irəli! -Fotolar
Tarix: 03-02-2024 | Saat: 11:46
Bölmə:Siyasət | çapa göndər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Gədəbəy rayonunun Hacılar, Qaravəlilər və Qaraməmmədli kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Zaur Mehdiyev, Pərviz Bayramov, Asəf Qurbanov, Tural Topçuyev, Vətən müharibəsi iştirakçıları Yaşar Məhərrəmov, Şahin Aslanov, Elnur Məhərrəmov, Amin Əliyev və başqaları çıxış ediblər. Çıxışlarda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan milli dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə bu siyəsətə alternativ olmadığı qeyd edilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası 7 fevral prezident seçkilərinə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedir.
Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək, ölkəni daim inkişaf və tərəqqi yolu ilə irəli aparan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024