Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsidir
Tarix: 02-02-2024 | Saat: 23:04
Bölmə:Siyasət | çapa göndər
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən biri olub. Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ulu Öndər hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaları üçün əməli tədbirlər görüb, böyük səylər göstərib. Əlbəttə ki, bu siyasət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam etdirildi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Ulu Öndər dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumunu daim diqqət mərkəzində saxlayır, bu məqsədlər üçün hər il dövlət büdcəsində böyük məbləğlərdə vəsait ayırır, istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək məqsədilə ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə görüşlər keçirirdi. Bütün bunlar Azərbaycan gəncliyinin potensialının milli mənafelərimizin təmin olunmasına, ölkənin inkişafına və dövlətimizin daha da güclənməsinə yönəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən tədbirlər idi.
Ulu Öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına zəmin yaratmaq, gənclər siyasətinin başlıca məqsəd, prinsip və istiqamətlərini, eləsə də təşkilati-hüquqi əsaslarını müəyyən etmək üçün bir çox mühüm sənədlər imzalamışdır. Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Liderimizin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs gənclərin təşkilatlanması istiqamətində atılmış ən əhəmiyyətli addımlardan biri oldu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyaraq belə demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Bu tarixi hadisədən bir il sonra, 1997-ci ilin fevral ayının 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir. 1996-cı il 22 iyun tarixində Ümummilli Lider tərəfindən imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsidir və bu istiqamət 2003-cü ildən sonra da hər zaman dövlətimizin xüsusi diqqət mərkəzində olub. Son iyirmi ildə respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində Heydər Əliyev strateji kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir. Dövlət səviyyəsində yüksək səmərəliliklə həyata keçirilən və gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər möhtərəm Prezidentimizin yürütdüyü bu siyasətin müdrik uzaqgörənliklə gələcəyə dəqiq hesablandığını aydın şəkildə göstərir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti. Dövlət dəstəyi sayəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb, gənc nəslin ölkənin ictimai-siyasi həyatındakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına əlverişli şərait yaranıb. Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında reallaşan Dövlət Proqramları nəticəsində minlərlə Azərbaycan gənci dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.
Xüsusi olaraq belə bir vacib məqamı da vurğulamaq lazımdır ki, qəhrəman Azərbaycan gəncləri 2020-ci ildə tarixi missiyanı həyata keçirməklə Vətən qarısında misilsiz xidmətlərini göstərmiş oldular və öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. Ötən il keçirilmiş tədbirlər nəticəsində isə, ölkəmizin ərazi bütövlüyü bərpa edildi və nəhayət bütün ərazilərində suverenliyi tam təmin olundu. Bu böyük Zəfərlərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə əldə olundu. Bu Qələbədə Azərbaycan gəncliyinin rolunu yüksək dəyərləndirən və xüsusi qeyd edən cənab Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Birmənalı olaraq demək olar ki, Azərbaycan gəncliyi bundan sonra da hər zaman ölkəmizdə gedən inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək, öz Prezidentinin ətrafında daha sıx birləşərək xalqımızı daha parlaq gələcəyə doğru aparan yolda daim ön sıralarda irəliləyəcək.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024