Mobil versiya
Parlayan istedad
Tarix: 01-02-2024 | Saat: 12:56
Bölmə:Özəl / Təhsil | çapa göndər

Parlayan istedad

Bu, istedad sahibi Gülşən Feyziyevadır. Vətən məhəbbətli, səmimi, mehriban qız olan Güləşən Lənkəran rayonunun Veravul kənd 2 saylı tam orta məktəbinin 10-cu sinfidə oxuyur. Qalib bir ölkənin vətəndaş olmaqla fəxr edir və gələcəkdə ona layiqli övlad olmaqdan ötrü yalnız yaxşı əməllərə sevdalanır. Gülşənin nümunəvi davranışı, gözəl əxlaqı, saf düşüncəsi məktəbdə ona hörmət gətirib. Vətəninin müqəddəsliyinə tapınmaqla xoş gələcəyə yol alan Güləşən bütün dərslərini eyni həvəslə oxuyur, aldığı qiymətlər isə həmişə “əla” olur.
Bir də Gülşənin dil öyrənmək istedadı sanki ilahi sevgidən gəlir. Qəlbində çoxdan özünə yer edən istəyə adam heyran qalır. Dərslərini öyrəndikdən sonra bu sahədə olan kitablar əlindən yerə düşmür. Məktəbdə, dostları yanında sevib, seçilməsi bir növ bundan da irəli gəlir. Gülşən indi artıq 12 xarici dildə fikrini rəvan şəkildə ifadə etməyi bacarır. İngilis və rus dillərini daha mükəmməl bilir. Erməni dilinə marağını soruşanda dünyaya səadət gətirən əməllərin yoluna üz tutan məktəbli qız deyir ki, düşmənin dilinə yiyələnmək indiki zamanda vacibdir. Məğlub düşmənin nacins əməllərinə “güzgü” tutmaq üçün onun dilini bilmək lazımdır. Həmçinin 30 ildən sonra düşmən əsarətindən azad olunan Qarabağ haqqında məlumatları erməni dilində, internet vasitəsilə dünyaya çatdırmaq qəlbimdən keçir.
Şagirdinin bu, fitri istedadına daha çox sevinən ingilis dili müəllimi Aygün Əzimova deyir: - Sözün həqiqi mənasında Vətəninə, millətinə sevdalı olan bir qəlb sahibidir Gülzar. Bütün öyrəndikləri doğma Azərbaycana gərəkli olması üçündür. Mən ona ancaq ingilis və rus dillərini öyrətmişəm. Qalan 8 dildə danışmağı isə öz istedadı, bacarığıdır...
Gülşən yenidən söhbətə başlayır:- Asiya xalqlarının dillərini öyrənməyə çox həvəsli idim. Əvvəl Koreya dilini öyrənməyə başladım və çətinlik çəksəm də onun öhdəsindən gəldim. Çünki onların əlifbasını öyrənmək o qədər asan deyil, bir neçə qrupa bölünür. Onları hissə-hissə öyrəndim. Daha sonra yapon dilinə marağım yarandı...Beləcə bir də gördüm 12 dilə sahib olmuşam. Dünya xalqlarının dilini öyrənməkdə, eyni zamanda onların fərqli mədəniyyətlərini, tarixini və insanlarını ətraflı tanımaq istəyimdir..
Gülşənin gələcəkdə özünə indidən seçdiyi peşə ABŞ-də təhsil alıb və poliqlot , tərcüməçi olub Vətəninə vicdanla xidmət etməkdir.
Bəli, hazırda parta arxasında Gülşən kimi uşaqların böyüməsi parlaq gələcəyimizdən xəbər verir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024