Mobil versiya
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Tarix: 31-01-2024 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

Fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanışlıq olub.

aia.az xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev baxış keçirib.

MSK sədri Məzahir Pənahov nazirə məlumat verərək bildirib ki, səsvermə prosesini izləmək üçün seçki məntəqələrində 1000 veb-kamera quraşdırılıb.

Qeyd olunub ki, veb-kameraların quraşdırılması şəffaflığın təmin edilməsi üçündür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024