AŞPA-nın mövqeyi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir
Tarix: 26-01-2024 | Saat: 19:05
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın parlaq qələbələrini, möhtəşəm uğur və nailiyyətlərini həzm edə bilməyən bəzi Qərb dövlətləri ölkəmizə qarşı çirkin kampaniyalarını davam etdirirlər. Bu məqsədlə Fransa və Almaniya kimi ölkələr müəyyən beynəlxalq təşkilatları da öz əllərində vasitəyə çevirməkdən belə çəkinmirlər.
O cümlədən Azərbaycanın Avropa Şurasına 2001-ci ildən davam edən üzvlük dövrünün təcrübəsi birmənalı olaraq bunu deməyə əsas verir ki, Qərbin ermənipərəst, islamofob və türkəfob təfəkkürlü qüvvələri daim bu təşkilatdan ölkəmizə qarşı vasitə kimi istifadə etməyə çalışıblar. Uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı ilə bağlı heç bir təsirli tədbir görməyib. Təşkilatın ara-sıra verdiyi bəyanatların isə heç bir hüquqi çəkisi olmayıb. Halbuki, işğal faktına görə ən azından Ermənistanın səs hüququ əlindən alına bilərdi. AŞPA yalnız 2020-ci ildə Azərbaycan işğalçıları öz torpaqlarından öz gücünə qovduqdan sonra fəallaşdı. Ötən ilin oktyabr ayının 23-də AŞPA-nın qəbul etdiyi “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamədə isə, Azərbaycana qarşı açıq-aşkar təhdidlər yer alıb. Bu riyakar, qərəzli sənəddə 19 sentyabr 2023-cü il tarixində baş tutan lokal xarakterli anti-terror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə olunub və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələnib. Nəticə olaraq, AŞPA-nın bu ilin 22 yanvar tarixində keçirilmiş qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib.
Deputatların etimadnamələrinin mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri, Almaniyalı deputat Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Şvabe təşəbbüsü irəli sürərkən etdiyi çıxışında ölkəmizə qarşı açıq-aşkar qərəzli və əsassız ittihamlar irəli sürərək “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Əlbəttə ki, bu qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
Məlumdur ki, bir sıra hallarda Fransa öz istəklərini bu ölkə ilə tandem şəklində çıxış edən Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və bu ölkənin sürətlə nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu ölkələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini və ölkəmizin tam suverenliyinin bərpa olunmasını hələ də həzm edə bilmirlər. 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi qurulandan sonra bəzi Qərb təsisatları, o cümlədən AŞPA dəfələrlə Azərbaycana qarşı həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmaması kimi absurd tələblər irəli sürməklə əslində əsil məqsədlərini tam olaraq ortaya qoymuşdular. Bu məqsəd Azərbaycanı zəif salmaq, regionda sabitliyi pozmaq və hərbi münaqişəni yenidən qızışdırmaqdan ibarətdir. Lakin Azərbaycan dövləti bütün bu cəhdlərin qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaq.
Bir məqamı da qeyd etmək lazımdır ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən “ermənipərəstlər klubu”nun üzvlərindən biridir. C.Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, – deyən Aİ rəsmisi hətta Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib.
AŞPA-ya gəlincə isə, ölkəmizin belə bir riyakar və anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş təşkilatda üzvlüyə heç bir ehtiyacı yoxdur. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Bu təşkilatda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti tamamilə düzgün addım ataraq AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-06-2025