Mobil versiya
"65 minə yaxın müşahidəçi qeydiyyatdan keçib" - MSK sədri
Tarix: 26-01-2024 | Saat: 17:29
Bölmə:Siyasət | çapa göndər

"65 minə yaxın müşahidəçi qeydiyyatdan keçib" -

"Bu günədək 65 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Onların 512 nəfəri beynəlxalq müşahidəçilərdir. Onlar 70 ölkədən, 49 təşkilatdan gəliblər".

aia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihə çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərir.

MSK sədri qeyd edib ki, min məntəqədə veb-kameralar quraşdırılıb və bu, seçkiləri əlverişli şəraitdə müşahidə etməyə imkan verəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025