Azərbaycan Ağsaqqallar Şurası ilə Özbəkistan nuranilərinin və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondu arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb -Fotolar
Tarix: 26-01-2024 | Saat: 16:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ölkəmizdə səfərdə olan qardaş Özbəkistanın nümayəndə heyəti – Özbəkistan Ali Məclisi Senatının və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü, Özbəkistan nuranilərinin (ağsaqqallarının) və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun sədri, Özbəkistan qəhrəmanı Sodikjon Turdiyev, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini, akademik Akmal Saidov, Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov və başqaları Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə görüşüblər.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin TDT-də səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov və professor Vahid Novruzov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və digər şəxslər iştirak ediblər.
Səmimi şəraitdə keçən söhbət zamanı qardaş Özbəkistanın nümayəndə heyəti ilə yenidən Azərbaycan Ağsaqqallar Şurasında görüşdükləri üçün məmnun olduğunu bildirən Eldar Quliyev hazırda Türk dövlətləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bu inkişaf prosesində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin və digər Türk dövlətləri liderlərinin böyük əməyi vardır. Hazırda Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə davam etdirildiyini bildirən natiq hər iki dövlət başçısının uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Azərbaycanın Özbəkistanla əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında və bu təşkilatın Ağsaqqallar Şurasında intensiv şəkildə inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, həmçinin, Şuranın və onun ölkəmizin 77 şəhər və rayonunda mövcud olan yerli təşkilatlarının fəaliyyəti barədə məlumat verərək, qurumdakı müsbət dəyişikliklərdən, dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb.
Özbəkistan Ali Məclisi Senatının və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, Özbəkistan nuranilərinin və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun sədri Sodikjon Turdiyev qardaş Azərbaycanda, habelə Ağsaqqallar Şurasında növbəti dəfə onları belə səmimi şəkildə qəbul etdikləri üçün öz minnətdarlığını ifadə edib. Ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşərək əmin olduğunu vurğulayıb ki, türkdilli ölkələrin, o cümlədən qardaş Azərbaycan və Özbəkistanın münasibətləri qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf edəcəkdir. Sonra o, Özbəkistan nuranilərinin və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun fəaliyyətindən ətraflı bəhs edib. Vurğulayıb ki, yerli təşkilatları vasitəsilə fəaliyyətini bir çox istiqamətlər üzrə quran Fond tərəfindən səmərəli tədbirlər, görüşlər və layihələr həyata keçirilir. Daha çox gənc nəslin milli-mənəvi dəyərlər əsasında yetişdirlməsinə, onların maarifləndirlməsinə və cəmiyyətdəki zərərli təsirlərdən qorunmasına, boşanmaların qarşısının alınmasına üstünlük verən Fond ali və orta təhsil ocaqlarında, müxtəlif müəssisələrdə gənclərlə və ictimaiyyətin digər nüməyəndələri ilə işlər aparır. Natiq, həmçinin, əlavə edib ki, Özbəkistanda son illərdə gözəl ənənə halını almış “Üç nəslin görüşü” əhali, o cümlədən babalar-atalar-övladlar arasında bir çox problemlərin həlli istiqamətində böyük əhəmiyyət kəsb etməyə başlayıb. Özbəkistanda bələdiyyə modelini xatırladan məhəllələrin də ağsaqqallar tərəfindən idarə olunduğunu, onların, əsasən, məhəllə sədrlərinin müşavirləri kimi fəaliyyət göstərdiklərini vurğulayıb. Bildirib ki, ümumiyyətlə, Özbəkistanda 3 milyon ağsaqqal (nurani) yaşayır ki, onlardan 130-u II Dünya müharibəsi veteranı, 16 min nəfəri isə əmək veteranıdır və hazırda qardaş ölkədə yaşı 100-ü keçən 600 nəfər var. Özbəkistanda ağsaqqallara dövlət başçısı cənab Şavkat Mirziyoyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Sodikjon Turdiyev vurğulayıb ki, qardaş ölkədə yaşlı nəslin nümayəndələrinə pulsuz və ya güzəştli nəqliyyat, tibbi və digər xidmətlər göstərilir. Aztəminatlı insanların ehtiyacları qarşılanır, onlar ödənişsiz müəlicə və dərmanlarla, habelə sanatoriyalara və istirahət mərkəzlərinə göndərişlərlə təmin olunurlar.
Görüş zamanı əlaqələrin mövcud vəziyyəti, həmçinin bəzi istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Daha sonra hər iki tərəf bir sıra sahələrdə qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi sayəsində daha səmərəli nəticələr əldə edəcəklərinə əmin olduqlarını bildirərək əməkdaşlıq etmək barədə razılığa gəliblər və Azərbaycan Ağsaqqallar Şurası ilə Özbəkistan nuranilərinin və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondu arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb. Qarşılıqlı və faydalı əməkdaşlığı, fəaliyyətlərin koordinasiyasını və təcrübə mübadiləsini nəzərdə tutan bu sənədi Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisinin deputatı, professor Eldar Quliyev və Özbəkistan nuranilərinin və veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun sədri, Özbəkistan Ali Məclisi Senatının və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, Özbəkistan qəhrəmanı Sodikjon Turdiyev imzalayıb.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-06-2025