Mobil versiya
Prezident İlham Əliyevin hakimiyyəti bizə şanlı qələbəni qazandırdı - Deputat
Tarix: 26-01-2024 | Saat: 14:09
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin hakimiyyəti bizə şanlı qələbəni qazandırdı -

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti bizə müasir tələblərə cavab verən müzəffər ordunu, ərazi bütövlüyümüzün bərpasını, müzəffər xalq və qalib dövlət kimi yaşamağı, zədələnmiş milli qürurumuzun bərpasını, Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inamı, təkamül yolu ilə inkişaf edən demokratik ənənələri, milli iqtisadiyyatın diversifikasiyasını, güclü iqtisadiyyatı, müstəqil xarici siyasəti olan Azərbaycanı, enerji diplomatiyasında regional və qlobal əhəmiyyətli aktor olmağı, regionların sosial-iqtisadi inkişafını, dövlət-xalq və hakimiyyətin siyasi münasibətlər fonunda həmrəyliyini və şanlı qələbəni qazandırdı.

Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı.

“İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44 gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub. Son 20 ildə isə Ulu Öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar, nəhayət, Ulu öndər Heydər Əliyevin ən böyük arzusunu da gerçəkləşdirmək imkanı yaratdı.

Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu. Qarabağın tacı sayılan Şuşanın işğaldan azad olunduğunu noyabrın 8-də ölkənin Ali Baş Komandanı İlham Əliyev təntənəli surətdə bəyan etdi: "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"

Bəli, İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatdırılmasına görə həm də Ulu Öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət kursuna borcluyuq, onun ruhuna minnətdarıq”, - deyə S.Qurbanov əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025